Layihə iki ildir davam edir.


Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  maliyyə dəstəyi  ilə həyata keçirdiyi “Qazax  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” layihəsi  2- ildir fəaliyyət göstərir.

Layihənin dəstəyi  Qazax rayonunda azı 30 nəfər olmaqla 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqlara günərzi sosial xidmətləri göstərilir, çətin həyat şəraitində olan uşaqlar göndəlik qayğı və inkişaf xidmətləri ilə əhatə olunurlar. Qazax rayonunda yaradılan G.Q.Mərkəzində qayğı göstərilən uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirilir. Cəlb olunan uşaqlar arasında əlilliyi olan uşaqların ümumi hərəkəti, qavrama, nitq və sosial bacarıqlarını yaxşılaşdırılır və inkişaf etdirilir. Layihənin dəstəyi ilə Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün  kompleks tədbirlərin həyata keçirilməsi vacib məsələlərdəndir. “Əlil Qadınlar” cəmiyyəti Qazax rayonunda yaradılan G.Q.Mərkəzində 27 dekabr 2014-cü il tarixində uşaqlar üşün Yeni il şənliyi keçirmişdir. Tədbirə Qazax Rayon İ.Hakimiyyətinin müavini Gülaya xanım Həsənova və digər aidiyyatlı qurumların səlahiyyətli şəxsləri də qoşulmuşlar. Tədbir musiqili, əyləncəli proqramla uşaqlara xüsusi sevinc bəxş etmişdir. Tədbirdə uşaqlara yolka hədiyyələri də başı.lanılmışdır.

 Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyətinin Mətbuat xidməti:

 

27.12.2014

 




Tarix:27/12/2014     www.udpo.az saytı Geri