Sosial xidmətlərin coğrafiyası və keyfiyyəti genişlənir.


 

Sosial xidmətlərin coğrafiyası və keyfiyyəti genişlənir.

 

         Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013- cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində Nazirlik  2014-cü ildə Bakı şəhərində və Respublikanın müxtəlif bölğələrində sosial xidmətlər, reabilitasiya, maarifləndirmə istiqamətlərində ixtisaslaşmış QHT-lərin layihələrinə dəstək vermişdir.

     Bu layihələrin monitorinqinin aparılması Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqına (ƏTİ) tapşırılmışdır.  Artıq layihələr, o cümlədən monitorinq aparılması  yekunlaşmaq  üzrədir. 

     Əlil Təşkilatları İttifaqı (ƏTİ) layihənin yekunu olaraq 26 dekabr 2014-cü il tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində yekun dəyirmi masa keçirtmişdir. Tədbiri giriş sözü ilə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli açmış və bundan sonra layihələri həyata keçirtmiş 13 təşkilatın 19 təqdimatı olmuş, rəy və təkliflər müzakirə olunmuşdur.

    Tədbirdə hökumət, Ombudsman aparatı, milli QHT, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir

    Monitorinqin nəticələrinə görə yekun hesabat hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaqdır.

 




Tarix:26/12/2014     www.udpo.az saytı Geri