"Sağlam qida səhər yeməyindən başlayır"


 
Bu gün BDF-nın tövsiyyələrinə əsasən 14 noyabr-Ümumdünya diabet günü "Sağlam Qidalanma səhər yeməyindən başlayır!" şüarı altında Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, həmçinin ADL tərəfindən həyata keçirildi! Bu tədbirdə səhər yeməyinə dəvət edilən qonaqlar qidanın qlikemiyaya təsirini öz üzərilərində tətbiq etdilər. Bundan başqa çox maraqlı çıxışlar oldu. ADL-in sədri Yeganə Sultanovanın qeyd etdiyi kimi bu gün nə bayram, nə də matəm günüdür- bu gün hesabat günüdür.
Bəli, bu gün ictimaiyyətə hesabat verərək, şəkərli diabetlə bağlı problemlərdən, görülən işlərdən və görülməsi lazım olan işlərdən danışıldı. Biz də öz növbəmizdə ümid edirik ki, diabetli insanların rifahı günü gündən yaxşılaşacaq və diabetə xəstələnmə halları azalacaq! Gəlin sağlam qidalanmaya səhər yeməyindən başlayaq!





Tarix:14/11/2014     www.udpo.az saytı Geri