Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ


 Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Milli QHT Forumunun təşkilatşılığı ilə ictimai müzakirə təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan “Azərbacan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin budəfəki mövzusu hər bir insanın gündəlik həyatda qarşılaşdığı problemlərə həsr olunub. “Vətəndaşların sosial müdafiəsi sahəsində QHT-Hökümət münasibətləri” mövzusunda təşkil olunan müzakirələrdə MQF-nin prezidenti Rauf Zeyni, Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlari üzrə müşaviri Müqalib Mahmudov, BDU-nun hüquq elmlər professoru, QHT sədri Mayis Əliyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, QHT və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan MQF-ni prezidenti Rauf Zeyni layihə haqqında iştirakçıları məumatlandırıb. Müzakirələr çərçivəsində artıq bir sıra mövzular ətrafında disskusiyaların aparıldığını deyən R.Zeyni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın vacib olduğunu qeyd etdi. R.Zeyni bundan sonra da layihə çərçivəsində müxtəlif strateji mövzularda müzakirələrin təşkil olunacağını qeyd etdi.

Sonra məruzə ilə çıxış edən BDU-nun hüquq elmlər professoru, QHT sədri Mayis Əliyev Sosial Müdafiə, sosial hüquqların araşdırılması sahəsində mövcud problemlərdən və bu problemlərin həlli üçün aparılan islahatlardan danışdı.

Ombudsmanın Əlil olan şəxslərlə iş üzrə müşaviri Müqabil Mahmudov çıxış edərək sosial müdafiə sahəsində təmsil etdiyi qurumun apardığı işlərdən, həyata keçirdiyi layihələrdən danışdı.

Digər çıxış edə QHT rəhbərləri “Vətəndaşların sosial müdafiəsi sahəsində QHT-Hökümət münasibətləri” mövzusunda təşkil olunan müzakirələrin olduqca vacib və lazımlı bir addım olduğunu diqqətə çatdırdılar. 




Tarix:31/10/2014     www.udpo.az saytı Geri