Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.

Gündəlik:

1. 2014-cü ilin 9 ayı üzrə hesabat.

2. Üzvlüyə qəbul

3. 3 dekabr və ƏTİ-nin 10 illik yubileyli.
4. Cari məsələlər 

ƏTİ idarə heyətinin sədri Gülnarə Hüseynova gündəliyi elan etdi və təsdiq olundu.

Gündəlikdə olan birinci məsələ ilə əlaqədar ƏTİ-nin prezidenti Davud Rəhimli məlumat verdi və sualları cavablandırdı.

Duyğu i-b ƏTİ-yə üzv qəbul olundu.

İkinci məsələ ilə əlaqədar 5 nəfərdən ibarət təşkilat komitəsi yaradıldı, umumi iclasa hazırlıq və keşirilməsi təşkilat komitəsinə tapşırıldı.

Yeni qanun layihəsi (Əlilliyi olan şəxslərin hüquqları haqqında) və Milli fəaliyyət planına aid təşkilatlardan daxil olmuş təkliflərə baxıldı. Növbəti iclasda ümumiləşdirilməsi və ümumi iclasda təsdiq olunaraq aidiyyatı orqanlara göndərilməsi nəzərə alındı.

Bunlardan başqa idarə heyəti müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparmışlar. 






Tarix:10/10/2014     www.udpo.az saytı Geri