"İstedadlı Əlillər" İctimai birliyi əlilliyi olan şəxslərin əl işlərindən ibarət əsərlərin növbəti sərgisini təşkil etdi.


"İstedadlı Əlillər" İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək" adlı layihəsi çərçivəsində “28 Mall Ticarət Mərkəzi”-də əlilliyi olan şəxslərin əl işlərindən ibarət əsərlərin növbəti sərgisini təşkil etdi. Tədbiri giriş sözü ilə açan birliyin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul tədbir iştırakçılarını salamladı və Şəhidlərimizin xatirəsini bir dəqqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra İstedadlı Əlillər İctimai Birliyinin sədri Cavad Qasımov təşkilatın məqsəd və vəzifələrindən söz açdı. Qeyd etdi ki, "Bu layihənin və layhə çərçivəsində təşkil olunan tədbirlərin keçirilməsində əsas məqsəd fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərməkdir. Tədbirdə Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli, Əlil Qadınlar cəmiyyətinin Sumqayıt regional şöbəsinin sədri Səbinə Kərimova, digər əlilliyi olan şəxslər çıxış edərək tədbirin vacibliyini qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürlərini bildirmişlər.

 

 




Tarix:30/08/2014     www.udpo.az saytı Geri