"MƏNİM HƏDƏFİM" adlı kitabım çapdan çıxdı.


     Salam dostlar. Hər biri bir kitab dəyərində olan 9 məqalənin və BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvesiyasının yer aldığı "MƏNİM HƏDƏFİM" adlı kitabım çapdan çıxdı. Bu kitab da əlilliyi olan insanlardan bəhs edir və "hədəfdəki insan" kitabına əlavə olaraq nəzərdə tutulub. Əlilliyi olan insanların qarşılaşdıqları çətinlikləri araşdırsaq görərik ki, bu çoxşaxəli bir problemlər şəbəkəsidir. Təbii ki, bir kitabda bütün problemlərin hamısına toxunmaq qeyri-mümkündür.  Buna görə də mən, "hədəfdəki insan" kitabında söz aça bilmədiyim mövzuların bir qismini Sizlərə təqdim etmək üçün "MƏNİM HƏDƏFİM" adlı ikinci kitabımı Sizlərə təqdim edirəm. Kitabın nəşr edilməsində mənə dəstək olan hər kəsə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm.

Samir İmanov

Əlil Təşkilatları İttifaqının (ƏTİ)

Sumqayıt regional şöbəsinin sədri

I qrup əlil

  




Tarix:18/8/2014     www.udpo.az saytı Geri