ƏƏSMN tərəfindən 50 nəfər əlilliyi olan şəxs Şəkidə yerləşən istirahət mərkəzinə yola salınıb


ƏƏSMN tərəfindən 50 nəfər əlilliyi olan şəxs Şəkidə yerləşən istirahət mərkəzinə yola salınıb

 

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin mənalı istirahətinin təşkili məqsədilə görülən işlərin davamı olaraq, daha 50 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.
   ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. Son iki ay ərzində onlardan artıq 800 nəfərə yaxını həmin mərkəzlərə yola salınıb.
   İstirahət guşələrində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil olunur.

 

 






Tarix:24/7/2014     www.udpo.az saytı Geri