Əlil Təşkilatları İttifaqı (ƏTİ) Biləsuvar şəhərində regional konfrans keçirilmişdir.


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.
Tədbirlər planına uygun olaraq 10 iyul 2014-cü il tarixdə Biləsuvar şəhərində regional konfrans keçirilmişdir. Tədbirlərdə hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslər iştirak etmişlər. Konfransda Əlil Təşkilatları İttifaqının hüquqşünası, h.e.doktoru professor Mayıs Əliyev, ƏTİ-nin İdarə Heyyətinin üzvü, “Əlil Qadınlar “ cəmiyyətinin sədri Məhluqə xanım Rəhimova, ƏBƏU-nun sədri, layihə köməkçisi Firuzə xanım Babayeva, Biləsuvar rayon İ.H humanitar şöbəsinin baş məsləhətçisi Cəfərov Mirzə, ƏQC-nin Biləsuvar rayon bölgə şöbəsinin sədri Firəngiz xanım Həbibova gündəmdə duran mövzu ilə əlaqədar maraqlı çıxışlar etmişlər. Konfrans iştirakçıları əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması mövzusu ətrafında müzakirələrə qoşularaq maraqlı təkliflər irəli sürmüşlər.

Əlil Təşkilatları İttifaqının (ƏTİ)
mətbuat xidməti Firəngiz Həbibova






Tarix:11/7/2014     www.udpo.az saytı Geri