“İstedadlı Əlillər” ictimai birliyi dəyirmi masa keçirtdi.


Bu gün “İstedadlı Əlillər” ictimai birliyi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində əlilliyi olan şəxslərin təhsil və hüquqi problemlərinin həllinə dair dəyirmi masa keçirtdi.

   Tədbiri giriş sözü ilə birliyin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul açaraq şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan etdi və sonra bu yaxınlarda Prezidentimiz İlham Əliyev cənablarının əlillərin məşğulluq problemləri ilə bağlı imzaladığı sərəncama görə əlillər adından cənab Prezidentə öz təşəkkürünü bildirdi. Tədbirdə birliyin sədri Cavad Qasımov  çıxış edərək birliyin məqsəd və məramları haqda genis məlumat verdi. Birliyin hüquqşünası Şəhriyar Əbilov əlilliyi olan şəxslərin hüquqi problemlərinə diqqəti çəkərək müvafiq qanun və sərəncamlar, layihənin əlaqələndiricisi, birliyin baş katibi Hüseyn Yusifov layihə haqqında məlumat verdi və dəyirmi masa iştirakçılarını mövzu ətrafında müzakirələrə dəvət etdi.

   Dəyirmi masada “Əlil təşkilatların ittifaqı”-nın prezidenti Davud Rəhimli, “Gülsam” əlillər cəmiyyətinin sədri Gülnarə Səlimova, “Qarabağ əlilləri və şəhid ailələri” ictimai birliyinin Abşeron filialının sədri Məhərrəm Şahsuvarov, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dəstək Şurasının Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov, “Arabaçı” internet televiziyasının rəhbəri İlham Məhərrəmov, “Müşfiq adına uşaq reablitasiya mərkəzi” ictimai birliyinin sədri Validə xanım, paralimpiya üzrə dünya və avropa çempionu Aynur Məmmədova, paralimpiya üzrə dünya çempionu Royalə Feteliyeva, “Vətən fədailərinin hüquqlarının müdafiəsi” ictimai birliyinin sədri Dadaş Quliyev və digər qonaqların çıxışları dinlənilmiş, müzakirələr olmuşdur.

   Dəyirmi masa ətrafında gedən ətraflı müzakirələrin yekununda bir çox təklif və şikayətlər qeydə alındı və layihə müddətində icrasına qərar verildi. 






Tarix:8/7/2014     www.udpo.az saytı Geri