Sumqayıt şəhərində əlilliyi olan insanların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.


 

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.

Tədbirlər planına uygun olaraq 30 iyun 2014-cü il tarixdə Sumqayıt şəhərində əlilliyi olan insanların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur. Tədbirlərdə hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslər iştirak etmilər.

Davud RƏHİMLİ






Tarix:30/6/2014     www.udpo.az saytı Geri