Azay Quliyev MQF-ni təbrik etdi


Azay Quliyev MQF-ni təbrik etdi

Hörmətli  həmkarlar !

       Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları  Forumunun 15 illik yubileyi münasibəti  ilə  qurumun rəhbərliyini  və bütün  üzvlərini  səmimi qəlbdən  təbrik  edirəm.

       11 iyun 1999-cu ildə Azərbaycan  höküməti ilə BMT  İnkişaf Proqramının müştərək  fəaliyyəti nəticəsində  təşkilatı  zərurət  kimi yaranmış Milli QHT Forumu (MQF) tezliklə ölkəmizdə ictimai sektorun bayraqdarına çevrilərək yüzlərlə QHT-nin fəaliyyətini  əlaqələndirməyə başladı. Bu gün ölkəmizin ən böyük QHT alyansı olan MQF Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhfələrini  verməkdə davam edir.

        QHT hərəkatının kütləviləşməsi,QHT qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, təşkilatların bilik və bacarıqlarının artırılması, onların maddi-texniki  imkanlarının genişləndirilməsi, nəhayət, ictimai sektora dövlət  dəstəyinin  verilməsinə milli  donor institutunun  formalaşdırılması  MQF-nin  yerli və beynəlxalq təşkilatlarla, dövlət və hökümət strukturları ilə birgə yerinə yetirdiyi davamlı fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir.  Xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyət kəsb  edən bu vacib missiyanın yerinə yetirilməsində Forumun üzvü olan  bütün təşkilatların, eləcə də  onların rəhbərliyinin  müstəsna  xidmətləri var.

    Əziz dostlar !

         Ötən 15 il ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması və möhkəmləndirilməsi  baxımından bizim hamımız üçün  məhsuldar bir dövr olmuşdur. Bu gün Azərbaycan QHT-ləri  cəmiyyətin ən fəal  və mütəşəkkil  qüvvəsi  kimi ölkə həyatının  bütün sahələrində öz güvvə və bacarıqlarını  nümayiş etdirmək  imkanına malikdirlər. Bu uğurlarda, heç şübhəsiz, MQF-nin də özünəməxsus  payı var. Əminəm ki, Cənab Prezident İlham Əliyevin  ictimai sektora  göstərdiyi  qayğı və diqqət  bizi bundan sonra da  böyük  əzmkarlıqla  işləməyə, yerinə yetirdiyimiz  layihələrin effektivliyini artırmağa ruhlandıracaq cəmiyyətimizin maraqları naminə fəaliyyətimizdə bizə daim dəstək  olacaqdır.

      Sizə bu yolda yeni-yeni nailiyyətlər  arzulayiram !

Hörmətlə,

Azay Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri

 






Tarix:11/6/2014     www.udpo.az saytı Geri