Əlilliyi olan şəxslərin əlil arabaları ilə təmin edilməsinə həsr edilmiş tədbir.


 

"ƏLİL TƏŞKİLATLARI İTTİFAQI" SUMQAYIT ŞƏHƏR REGİONAL ŞÖ`BƏSİ

PROTOKOL №01

Sumqayıt  şəhəri                                                                                  “06” iyun 2014-cü il

GÜNDƏLİK:

1. Əlilliyi olan şəxslərin əlil arabaları ilə təmin edilməsinə həsr edilmiş tədbir.

TƏDBİR:

"ƏTİ"-nin Sumqayıt şəhər regional şöbəsini sədri Samir İmanovun təşəbbüsü və Bakü Türk Ortaokulunun dəstəyi ilə 6 May 2014 tarixində Sumqayıtda əlilliyi olan şəxslərə əlil arabaları paylanılmışdır. Tədbiri giriş sözü ilə açan Samir İmanov, göstərilən dəstəyə görə Bakü Türk Ortaokulunun valisi Niyazi bəyə təşəkkürünü bildirmişdir. Vali Niyazi bəy və digərlərinin çıxışından sonra Ehtiyacı olan şəxslər- Nəzərəliyev Elbrus, Əliyev Nazir, Quluyev Qadir, Abdulov Möhtasib, Rufullayeva Fəridə və Rüstəmova Ruxanə əlil arabaları ilə təmin olundular. Tədbirin sonunda "ƏTİ"-nin Sumqayıt şəhər regional şöbəsi ilə  Bakü Türk Ortaokulu arasında uzunmüddətli əməkdaşlıq barəsində razılq əldə edildi

 

İdarə heyətinin sədri:                                                              S.M.İmanov






Tarix:12/6/2014     www.udpo.az saytı Geri