Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaicanın ali təhsil müəssisələrinə inteqrasiyası” layihəsi çərçivəsində maraqlı tərəflərin ehtiyaclarının dəyərləndirilməsi üzrə təlim. (ESFİDİP layihəsi)


 

 

Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaicanın ali təhsil müəssisələrinə inteqrasiyası” layihəsi çərçivəsində maraqlı tərəflərin ehtiyaclarının dəyərləndirilməsi üzrə təlim. (ESFİDİP layihəsi)

6-8 may tarixində Xəzər universitetində Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaicanın ali təhsil müəssisələrinə inteqrasiyası” layihəsi çərçivəsində maraqlı tərəflərin ehtiyaclarının dəyərləndirilməsi üzrə təlimi keçirilmişdir. Layihənin məqsədi əoş-lərin ali təhsil müəssisələrinə çıxışının asanlaşdırılması üçün qabaqcıl Avropa birliyi təcrübəsinin tətbiqidir. Layihəyə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verir. Layihə özündə Avropa ölkələrindən olan Qraz universiteti (Avstriya), Makedoniya universiteti (Yunanstan), Lodz universiteti (Polşa), Avropa Vətəndaş institutu məsləhətçi (Niderland) və Azərbaycandan Xəzər universiteti (kordinator), Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Əlil Təşkilatları İttifaqı (ƏTİ) partnyor təşkilatları birləşdirir. (Davud Rəhimli)

Tədbiri giriş sözü ilə Xəzər universitetinin vitce-prezidenti Fərda Əsədov açmışdır. O Xəzərin beynəlxalq əlaqələrindən danışdı və layihənin vacibliyini qeyd etdi. Təlimə Xəzər universitetindən Leyla Niyazova və Ülkər İsayeva moderatorluq etdilər. L. Niyazova hüquqi araşdırmalar haqqında ətraflı məlumat verdi. Təlimləri Avropa məsləhətçisi tərəfindən rəhbərlik olunurdu. İki günlük təlim zamanı iştirakçılar birlikdə maraqlı tərəflərin Azərbaycan kontekstində ehtiyaclarının analizi vən qiymətləndirmə apardılar. Tədbirin axırıncı günü iştirakçılar növbəti 6 ay üçün layihə üzrə fəaliyyətləri planlaşdırdılar.

 






Tarix:8/5/2014     www.udpo.az saytı Geri