Mətbuat üçün Məlumat
Azərbaycan Respublikası Əlil Qadinlar cəmiyyəti (ƏQC) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kompanyalar” Layihəsini həyata keçirir.
4-aylıq fəallıq Kompanyası 01mart tarixdən -01 iyul 2014-cü il tarixinə qədər davam edəcəkdir.
Kompanyanın məqsədi məişət zorakılığı əsaslı insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.
Azərbaycan Respublikası Əlil Qadinlar cəmiyyəti (ƏQC) 4-aylıq fəallıq Kompanyası çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kompanyalar” layihəsinin dəstəyi ilə Bakı və Sumqayıt, Gəncə, şəhərlərində , Qazax və Akstafa rayonlarında təlimlər, dəyirmi masalar və içtimaiyyətlə görüşlərin keçirilməsi fəaliyyətinə başlanmışdır. Layihənin dəstəyi ilə Qazax rayonunda Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzi yaradılmışdır. Psixoloji xidmət mərkəzində etimad telefonu fəaliyyətdədir. Artıq mərkəzdə fəaliyyət göstərən psixoloq və hüquqşünasın dəstəyi ilə davamlı olaraq kurslar və hüquqi yardımlar həyata keçirilir. Sumqayıt şəhərində təşkil olunan təlimdə dövlət, QHT, müxtəlif qurumların nümayəndələri iştirak edir.
Məlumat sessiyası ekspertlər Nəzakət Xuduyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı və Məhluqə Rəhimova “Əlil Qadınlar” cəmiyyətinin prezidenti, layihə koordinatoru tərəfindən həyata keçirilmişdir. Təlimdə iştirakçılara aşağıdakı sahələr üzrə məlumatlandırmalar aparılmışdır.
Azərbaycan Respublikası
Əlil Qadinlar cəmiyyəti (ƏQC) mətbuat xidməti