17-20 Aprel Türkiyənin İstambul şəhərində Beynəxalq Türkiyə Hemofiliya Konqresi keçirilmlşdir.


17-20 Aprel Türkiyənin İstambul şəhərində  Beynəxalq Türkiyə Hemofiliya Konqresi keçirilmlşdir.

 

 

Beynəlxalq Hemofiliya Konqresində Azərbaycan nümayəndə heyyəti iştirak etmişdir.  4 nəfərdən ibarət olan Azərbaycan iştirakçıları Türkiyədə çalışan həkimlər və tibb bacıları ilə bir araya gəldilər.

3H (Halk-Hemofili-Hekim) Omuz Omuza (Çiyin Çiyinə) Şuarı altında olan Konqresdə Hemofiliyanın müalicəsində yeni nailiyyətlərlə bərabər qanın laxtalanma faktor konsentratları dərman preparatlarının həcminin yetərincə olması mövzusu önə çəkilmişdir.

Qeyd edək ki, 3oo nəfərlik olan Konqresdə tibb bacıları ən azı hekimler  qədər bilgili olmaqlarını nümayiş etdirdilər.

 

Türkiyədə xəstələrin 7800 nəfərdir. Azərbaycanda isə 1500 nəfər olduğu halda xəstələrimizin 40% -I dərman preparatları ilə təmin ola bilirlər.

 

Təmin olunan xəstələr Bakı və Sumqayıtda yaşayan uşaqlar təşkil edir.

 

Rayonlarda yaşayan xəstələr qansızma və ya  qanaxma olduğu halda Bakıda yerləşən Respublika Kliniki Xəstəxananın hematologiya şöbəsinə müraciət edirlər.  Buda hemofiliyalı xəstələr arasında əlilliyin inkişafına  səbəb olur. 

 

Dərman preparatlarının xəstənin yanında və ya ona daha yaxın olmağı əsas şərtdir.

 

Xatırladaq  ki, hemofiliya irsi qan xəstəliyidi, qanda laxtalanma faktorununun çatışmazlığı nəticəsində baş verir.

 

Qanaxmanın ilk dəqiqəsində faktorların istifadə olmadığı təqdirdə, xəstə çox miqdarada qan itirir  və buda fəsadla nəticələnir.


Qanaxmalar zamanı factor konsentratlarının venadaxilinə nə qədər tez zamanda vurulsa,  o qədər də sağalma müddəti tezləşir və dərman preparatlarının daha çox istifadəsinə ehtiyac olmur.  






Tarix:22/4/2014     www.udpo.az saytı Geri