Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası növbəti dəfə də olaraq, bu il də Dünya Hemofiliya Günü münasibəti ilə kütləvi informasiya vasitələrində təbliğat və maarifləndirmə işləri aparır.
Dünya Hemofiliya Günü dünyanın 118 ölkəsində qeyd olunur və Azərbaycanda artıq 15 ildir ki, bu gün təntənəli qeyd olunur.
Təbliğatın aparılmasında Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi bizimlə mütamadi olaraq birgə fəaliyyət göstərir və bununla əlaqədar Tibb Universitetində tələbələr arasında “Hemofiliya haqqında nə bilirik?” və “Hemofiliya irsi xəstəlikdir” adı altında vərəqə və bukletlər hemofiliyalı uşaqlar tərəfindən paylanacaq və Azərbaycanda hemofiliya problemi ildən-ilə həll olmaq üzrə olduğu üçün hemofiliya haqqında əhalini maarifləndirmək məqsədi ilə 16 Aprel 2014 il tarixdə saat 12:00 - da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirtmişdir. Tədbirdə hökumət, QHT, KİV nümayəndələri, hemofiliyalı şəxslər, onların valideynləri iştirak etmişlər. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Ombudsmanın əlilliyi olan şəxslərlə iş üzrə müşaviri Müqalib Mahmudov, Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli, Yasamal rayon Gənlər və İdman idarəsinin rəhbəri, Səhiyyə Nazirliyinin şöbə müdiri Səbinə Babazadə, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, Əlil Qadınlar cəmiyyətinin sədri Məhluqə Rəhimova, hemofiliyalı şəxslər çıxış etmiş və təkliflər vermişlər
Xatırladaq ki, hemofiliya irsi qan xəstəliyidir. Qanın laxtalanma faktorlarının çatışmamazlığı nəticəsində, müalicə olunmadığı təqdirdə hemofiliyalı uşaq erkən yaşlarında əlil olur və ölümlə üz üzə qalır.