Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası


 

Azərbaycan Respublikası

Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası

 

Bakı şəhəri, ƏTİ-nin offisi, 11 mart 2014-cü il, saat 15.00

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.

Gündəlik:

1. 31 mart - 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası və orada ƏTİ nümayəndə heyətinin iştirakı barədə məlumat.

2. ƏTİ-nin növbəti ümumi yığıncağı

3. Yeni qanun layihəsi (Əlilliyi olan şəxslərin hüquqları haqqında) və Milli fəaliyyət planı.

4. Cari məsələlər

ƏTİ idarə heyətinin sədri Gülnarə Hüseynova gündəliyi elan etdi və təsdiq olundu.

   Gündəlikdə olan birinci məsələ ilə əlaqədar ƏTİ-nin prezidenti Davud Rəhimli məlumat verdi və sualları cavablandırdı.

   İkinci məsələ ilə əlaqədar 5 nəfərdən ibarət təşkilat komitəsi yaradıldı, umumi iclasa hazırlıq və keşirilməsi təşkilat komitəsinə tapşırıldı.

    Yeni qanun layihəsi (Əlilliyi olan şəxslərin hüquqları haqqında) və Milli fəaliyyət planına aid təşkilatlardan daxil olmuş təkliflərə baxıldı. Növbəti iclasda ümumiləşdirilməsi və ümumi iclasda təsdiq olunaraq aidiyyatı orqanlara göndərilməsi nəzərə alındı.

           Bunlardan başqa idarə heyəti müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparmışlar.

 




Tarix:11/4/2014     www.udpo.az saytı Geri