Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.


Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.

qhtxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov fəal gənc Sevda Cəfərovanın bu fərdi layihəsinin Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsində qalib gəldiyini deyib. Qeyd edilib ki, diabetli gənclərin cəmiyyətə adaptasiyasında və onların düzgün maarifləndirilməsində bu tip layihələrə böyük ehtiyac var. “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi də eyni qəbildəndir. Bildirilib ki, 5 gün ərzində həyata keçiriləcək layihənin əsas məqsədi diabet xəstəliyindən əziyyət çəkən şəxslər və onların ailə üzvləri arasında şəbəkənin qurulması, eyni zamanda, diabetli şəxslərin qida rasionu, müalicə və profilaktika metodları istiqamətində maarifləndirilmə işlərini aparmaqdan ibarətdir. Bu işlər isə Azərbaycan Diabet Liqasının təlimçiləri tərəfindən aparılacaq.





Tarix:12/3/2014     www.udpo.az saytı Geri