Bakıda “Azərbaycan əlilliyi olan insanların təşkilatları və BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiya (ƏOŞHK) üzrə paralel hesabat” mövzusunda seminar keçirilmişdir.


    

 

 

Bakıda “Azərbaycan əlilliyi olan insanların təşkilatları və BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiya (ƏOŞHK) üzrə paralel hesabat” mövzusunda seminar keçirilmişdir.

  Tədbirdə BMT-nin sözügedən Konvensiyası üzrə Əlil Təşkilatları İttifaqı tərəfindən paralel hesabatın hazırlanması və təşkilat nümayəndələri tərəfindən 2-13 sentyabr 2013-cü ildə Genevrədə Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 10-ci sessiyasında təqdimatı olduğu nəzərə çatdırılmışdır.  Əlil Təşkilatları İttifaqının 31 mart-11 aprel 2014-cü il tarixdə Genevrədə BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 11-ci sessiyasında iştirak edəcəyi bildirilmişdir.

    Seminarın təşkilatçısı Dünya Karlar Federasiyası olmuşdur. Seminarda Dünya Karlar Federasiyasının insan hüquqları üzrə mütəxəsisi, Beynəlxalq ekspert Eeva Tupi, Rusiya Karlar Federasiyasının eksperti Dmitry Rebrov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Azərbaycan Karlar cəmiyyəti ictimai birliyinin nümayəndəsi Kamran Abbasov, Əlillərin Beynəlxalq Əməkdaşklığı Uğrunda cəmiyyətinin nümayəndəsi Zinyət Vəliyeva təqdimatla çıxış etmişlər. Seminarda Azərbaycan Karlar cəmiyyəti ictimai birliyinin sədri Tapdıq Xalıqov təşkilat və üzvləri üçün vacib məsələ və problemlər barədə fikrini bildirmişdir. Sonra müzakirələr olmuş, təkliflər verilmişdir. Karlar cəmiyyəti ictimai birliyi üzvləri, əlil təşkilatları təmsilçilərinin iştirakı ilə keçirilən seminarda beynəlxalq və milli dillərdə surdotərcüməni Azərbaycan Surdotərcümə Mərkəzinin direktoru Nizami Xalıqov icra etmişdir.

 

 




Tarix:7/2/2014     www.udpo.az saytı Geri