Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində yerli və beynəlxalq partnyorların iştirakı ilə iki günlük seminar keçirilmişdir.


Qeyd olunmuşdur ki, bu ideya Azərbaycanda ilk dəfədir tətbiq olunur. Bunun üçün beynəlxalq təcrübənin öyrənilməsinə və milli xüsusiyyətləri nəzərə almaqla tətbiq olunması məqbuldur. Əlil Təşkilatları İttifaqı layihədə partnyor təşkilat kimi fəaliyyət göstərir və seminarda təşkilatın rəhbəri Davud Rəhimli təşkilatı təmsil etmişdir. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonaqları və tədbir iştirakmılarını salamlamış və çıxış etmişdir. Tədbir layihənin koordinatoru Leyla Niyazovanın moderatorluğu ilə keçirilmişdir. Sonda Xəzər Universitetinin musiqi ansanbmlı maraqlı konsert proqramı ilə çıxış etmiş, qonaqların Bakı şəhəri ilə tanılığı olmuş, xoş istirahət təşkil olunmuşdur.






Tarix:24/1/2014     www.udpo.az saytı Geri