“Jest dili” kitabının təqdimatına həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edirik.


Qeyri-Hökumət Təşkilatlarına

 

Hörmətli həmkarlar!

 

Sizi “Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsinin yekunlarına və “Jest dili” kitabının təqdimatına həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edirik.

Tədbirdə aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları, KİV nümayəndələri iştirak edəcəklər.

Müraciətimizin nəzərə alınacağına böyük ümidlər bəsləyir və əvvəlcədən öz təşəkkürümüzü bildiririk.

Tarix: 28 dekabr 2013-cü il saat 11.00

 

Ünvan: Beynəlxalq Mətbuat Mərkəzi. Bakı,Yasamal, Mətbuat, 23, VI mərtəbə.

 




Tarix:20/12/2013     www.udpo.az saytı Geri