"HAMI ÜÇÜN BƏRABƏR HÜQUQLAR VƏ BƏRABƏR İMKANLAR – Müyəssərlik, əlilliyi olan şəxslərin sosial xidmətlərə çıxışı "


 

          № 01                                                                                              «30» iyul 2013-cü il

            

 

PRESS RELİZ

 

       Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirilməsini davam etdirir. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir.

    Eyni zamanda layihə çərçivəsində ictimai görüşlər, dəyirmi masalar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

    Fəaliyyət planına uyğun olaraq 29 iyul 2013-cü il tarixdə Qəbələ rayonunda, 30 iyul 2013-cü il tarixdə Oğuz rayonunda

 

"HAMI ÜÇÜN BƏRABƏR HÜQUQLAR VƏ BƏRABƏR İMKANLAR –

Müyəssərlik, əlilliyi olan şəxslərin sosial xidmətlərə çıxışı "

mövzusunda konfrans keçirilmişdir.

 

   Hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslərin iştirakı ilə keçirilmiş tədbirdə əlilliyin vəziyyəti, statistikası, əlilliyi olan insanların sosial problemləri və onların həlli yolları haqqında çıxışlar və müzakirələr olmuşdur.

      Konfransı giriş sözü ilə Əlil Təşkilatları İttifaqının idarə heyətinin sədri Gülnarə Hüseynova açmışdır. Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimlinin məruzəsi dinlənilmişdir.

Tədbirdə “Dünyaya Baxış” (World Vision) beynəlxalq hümanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov, Oğuz rayon İcra Hakimiyyətinin Təhsil, Səhiyyə, Mədəniyyət, Siyasi və İctimai təşkilatlar, partiyalarla iş şöbəsinin baş məsləhətçisi Tofiq Daşdəmirov, Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov,  Sosial Hüquqların Araşdırılması ictimai birliyinin sədri, ƏTİ-nin hüquqşünas-eksperti, h.e.d. Mayis Əliyev, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, “Səhhət” Fondunun rəhbəri Tariyel Hüseynov, əlilliyi olan şəxslər çıxış etmişlər. Çıxışlar ətrafında müzakirələr olmuş, rəy və təkliflər verilmişdir.                                 

                            

Mətbuat xidməti

    




Tarix:31/8/2013     www.udpo.az saytı Geri