“Əlil qız və qadinların sosial müdafiəsinin gücləndirilməsi üçün Kampanyanın təşkili”


 

 

PRESS RELİZ
Layihənin əhatə etdiyi şəhər və rayonlar - Bakı şəhəri
DƏYİRMİ MASSA BBM
Azərbaycan Respublikasının “Əlil Qadınlar” cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ Əlil qız və qadinların sosial müdafiəsinin gücləndirilməsi üçün Kampanyanın təşkili” layihəsinə əsasən dəyirmi masa keçirilir.
Əlilliyi olan qız və qadınların Azərbaycan Respublikasının Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və digər qanunvericilik aktlarında təsbit olunmuş sosial problemlərin aradan qaldırılması hüquqlarının təmini işinin daha da təkmilləşdirilməsi, cəmiyyətin diqqətinin bu qəbildən olan şəxslərin sosial vəziyyətlərinin ağırlığının, proqramda nəzərdə tutulduğu kimi Respublikanın müxtəlif bölgələrində, o, cümlədən Akstafa rayonunda problemlərinin həllinə cəlb edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyə, qeyri-hökumət təşkilatların, KİV nümayəndələrinin, əlilləri və əlil ailələronin iştirakı ilə 06.06. 2013-cü il tarixdə saat 11.00-da Akstafa rayonunda əlilliyi insanlarınsosial vəziyyətlərinin yaxşılaşdırılmasına həsr olunmuşdur. “Əlilliyi olan qız və qadınların ailədə və cəmiyyətdə qarşılaşdıqları sosial problemlərin aradan qaldırılması, hüquqları, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Əlillərin sosial müdafiə hüququnu və əlillik əlamətinə görə diskriminasiyaya yol verilmədən ondan istifadə etmək hüququnun tanınması istiqamətində fəaliyyətlər azdır.
Sosial müdafiə- əmək və məşğulluq, siyasi və ictimai həyatda iştirak, abitasya və reablitasya, sağlamlıq, fərdi hərəkət ehtimalı-intizam, sosial həyatın toxunulmazlığı, təhsil, sosial yardımlar, mədəni həyatda iştirak, asudə vaxtın və iştirahətin təşkili, idmanla məşğul olma və.s sahələri əhatə edir.
Layihənin dəstəyi ilə qarşıda duran məqsəd – Əlil qız və qadınların bütün insan hüquqlarını və əsas azadlıqlarını tam və bərabər həyata keçirməsini təmin etmək üçün tədbirlərin görülməsi, onların insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirməsinə və realizə etməsinə zəmanət vermək məqsədilə hərtərəfli inkişafının təmin olunması, vəziyyətlərinin yaxşılaşdırılması, hüquq və imkanlarının genişləndirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi, problemin həllinə dəstək məqsədi ilə sosial müdafiəsinin gücləndirilməsi üçün kampanyalarının təşkilidir.
Tədbirdə Azərbaycan Respublikası Akstafa rayon İH-nin, bələdiyyə orqanlarının nümayəndələri, “Əlil Qadınlar “ cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, “ƏQC”-nin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova, ƏBƏU-nun icraçı direktoru Firuzə Babayeva, bölgə üzrə “ƏQC”-nin sədri Aybəniz Orucova, əlilliyi olan qadınların beynəlxalq hüquqi statusu üzrə məruzəçi H.ed BDU-nun professoru cənab Mais Əliyev, Akstafa rayon İH-nin əməkdaşı, Akstafa rayon təhsil, səhiyyə, mədəniyyət, Gənclər və İdman idarələrinin vəzifəli şəxsləri, orta məktəb direktorları, Akstafa rayonu ƏSM-nin direktoru, ictimaiyyətin bütün kateqoryaları, əlillər, əlil təşkilatları, mediya ilə birgə əlillərin sosial müdafiəsi üçün nəzərdə tutulan qanunlara necə əməl olunması mövzüsunda geniş əhatəli dəyirmi masa keçirilmişdir. Dəyirmi masada mövzu ilə əlaqədar Məşğulluq Mərkəzinin direktoru, Gənclər İdman İdarəsinin rəisi, Rayon Mədəniyyət Mərkəzinin direktoru, Akstafa rayon ƏQC-nin sədri Bayramova İradə və.digər aidiyyatlı qurumların nümayəndələri müzakirə olunan mövzu üzrə çıxış etmiş və müzakirələr aparmışlar. Çıxış və müzakirələr zamanı təkliflər verilmiş və bunların reallaşdırılması tədbirlər görüləcəyi, Dövlət proqramlarında nəzərə alınması lazım bilinmişdir.


“Əlil Qadınlar”cəmiyyəti (ƏQC) Mətbuat xidməti 






Tarix:24/7/2013     www.udpo.az saytı Geri