16-20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı keçirilmişdir



 

 

16-20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı keçirilmişdir. Konfrans ərəfəsindədə Vətəndaş Cəmiyyəti Forumu (VCF) keçirilmişdir. VCF-u Beynəlxalq Əlil Təşkilatları Birliyi, Əlillər Fondu, Beynəlxalq Əlillər Alyansı, Beynəlxalq əlillər və inkişaf konsorsumu, Beynəlxalq Reabilitasiya təşkilatları ilə birlikdə təşkil olunmuşdur. 20 iyul 2013-cü il tarixdə isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) Forumu keçirilmişdir. Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli bu tədbirlərə ekspert kimi iştirak etmiş və hər iki tədbirdə çıxış etmişdir. Əsas istinad 2015-ci ildən sonra inkişaf proqramıdır.






Tarix:23/7/2013     www.udpo.az saytı Geri