Bu gün H.Əliyev Sarayının rəhbərliyi Autizmli uşaqları ziyarət etmiş və məşhurların iştirakı ilə xeyriyyə konserti təşkil etmişlər.


Bu gün H.Əliyev Sarayının rəhbərliyi Autizmli uşaqları ziyarət etmiş və məşhurların iştirakı ilə xeyriyyə konserti təşkil etmişlər. Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun Azərbaycan nümayəndəsinin xanımı Xanım Cihankua Herevard da həmişə olduğu kimi autizmli uşaqlarla bir yerdə olmuşdur. Autizmli övladı olan valideynlər Xanım Chankuaya təşəkkürlərini bildirmişlər.

PRESS-RELIZ     

 Çox Hörmətli autizm sindromlu övladı olan valideynlər,  QHT,Media Qurumları və İctimaiyyət nümayəndələri!

   Nəzərinizə çatdırım ki, H.Əliyev Mərkəzinin təşəbbüsü ilə  artıq ənənə şəklini almış  hər ilin may ayında xüsusi qayğıya ehtiyacı olan uşaqları şənlənmdirmək,onları yad etmək məqsədilə təşkil etdiyi xeyriyyə konserti bi il autizm sindromundan əziyyət çəkən uşaqlar üçün təşkil edilmişdir. Bu məqsədlə məşhurlardan ibarət incəsənət kollektivi Suraxanı rayonunda yerləşən “Autizm Mərkəzi”ndə qeydiyyatda olan autizmli uşaqlara əyləncəli musiqi çələngi ərməğan etmək istəmişlər. Bu tədbirdə bütün autizm sindromlu uşaqlar ,onların valideynləri və digər qonaqlar iştirak edə bilər.

 

Tədbir  16.05.2013-cü il, saat 12.00-da Suraxanı rayonu, S.Bəhlulzadə adına Mədəniyyət evində (Suraxanı İcra Hakimiyyəti ilə üzbəüz) keçiriləcək.

   Gəlin həmin gün autizmli uşaqlarla birlikdə olaq, onlara sevgimizi bəxş edək. Autizm onların seçimi olmamışdır!    

 




Tarix:16/5/2013     www.udpo.az saytı Geri