Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layi­hə­sini


RESS - RELİZ 01    

                                                               

       Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə,  05 aprel 2013 – cü il tarixindən – 05 avqust  2013-cü il tarıxinə kimi, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layi­hə­sini həyata keçirdəcəkdir.  

       Layihənin drektoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki,  Layihənin əsas məqsədi, Bakı və Şirvan şəhərində müharibə əlillərinin və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin bütün xidmətlərindən faydalanmalarını dəstək verərək, onların informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artıraraq, internet üzərindən elektron ərizə formalarından, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “E-imza”, Səhiyyə Nazirliyinin “Səhiyyə-sağlamlıq”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial-sığorta” və Dövlət Sosial Müdafiəsi Fondunun “Sosial-kart”, “Visa Elektron” bank kartlarından və başqa onlayn kargüzarlıq xidmətlərindən istifadə etmələri üçün marifləndirmə işləri aparmaq və onların bu sahədə yaranmış problemlərin həllinə köməklik göstərməkdir.  

       Ümüd edirik ki, təşkilatımız tərəfindən həyata keçiriləcək bu layihə çərçivəsində görüləcək marifləndirmə işləri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixində imzaladığı Sərəncamına əsasən, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Respublikasında 2013-cü ilinin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair hazırladığı tədbirlər planına və müharibə əlillərinin, şəhid ailələrinin və xususi qayğıya ehtiyacı olan vətəndaşların, adiyəti olan Mərkəzi İcra Hakimiyyəti Orqanlarının, Elektron İnformassiya Xidmət Mərkəzlərinin elektron idarəetmə və məlumat bazalarında onlayn kargüzarlıq xidmətlərindən faydalanmalarına dəstək olacaqdır.

      

                          Azərbaycan Respublikası

               Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun

                                 Mətbuat Xidməti

 




Tarix:9/4/2013     www.udpo.az saytı Geri