“Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” mövzusunda treninq – seminar


Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” mövzusunda treninq – seminar

 

Bakı şəhəri, 27-29 mart  2013-cü il.

 

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin  cəmiyyətə inteqrasiyası istiqamətində “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası”   problemlərinin müzakirəsinə həsr olunmuş  3 günlük treninq – seminar təşkil etmişdir.
       Treninq - seminar 27-29  mart 2013-cü il tarixində Heydər Əliyev Fondu və Rusiya Federasiyasının “UralSib” Maliyyə Korporasiyası tərəfindən Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inşa olunmuş yeni Reabilitasiya Mərkəzində keçirilmişdir.

             “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” treninq-  seminarında bu məsələlər  müzakirə olunmuşdur.


1. Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası imkanları
2. Uşaq Serebral İflici (USİ) keçirmiş uşaq və gənclərin sosial reabilitasiyası metodikası
3. Əlilliyə səbəb olan əsas inkişaf pozulmaları.

4. Sağlamlığında məhdudiyyəti olan uşaq və gənclərin sosial adaptasiyası məqsədi ilə

    professional psixoloji-pedoqoji reabilitasiya işinin təşkili
5. Ailədə, ev şəraitində fiziki və əqli inkişafında qüsurları olan uşaq və gənclərin hərəkət  

    fəaliyyətinin inkişafı üçün müyəssər şəraitin yaradılması.
6. Əqli və fiziki qüsurlu uşaq və gənclərin neqativ meyllərdən yayındırılması

7. Əqli və fiziki qüsurlu uşaq və gənclərin sosial adaptasiyası istiqamətində əmək terapiyasının

   rolu.

8.Əlil uşaq və gənclərin cəmiyyətə sosial inteqrasiyası.

        Treninq - seminarda  xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərlə işləyən mütəxəssislər, Suraxanı rayon İcra Hakimiyyətinin və onun strukturlarının nümayəndələri, polis əməkdaşları,  valideynlər iştirak etmişlər.

 




Tarix:2/4/2013     www.udpo.az saytı Geri