“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” (ƏBƏU) cəmiyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi “BU BİZİK” layihəsinin yekunu ilə əlaqədar 29 yanvar 2013-cü il tarixdə Gəncə şəhəri İncəsənət Mərkəzində əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunmusdur. Tədbirdə hökumət, QHT və KİV nümayəndələri iştirak etmişlər.
Layihənin məqsədi əlilliyi olan gənclər arasında peşə bacarıqlarının inkişaf etdirilməsi, baza biliklərin formalaşdırılması, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması ilə onların əmək bazarına çıxışlarının təmin olunmasına dəstək olmaqdır. Eyni zamanda layihənin dəstəyi ilə əlilliyi olan gənclərin potensial imkanlarının araşdırılması və müxtəlif yaradıcılq sahələri üzürə peşə-təlim kurslarının təşkil edilməsidir. Bu proqram “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri olan əlilliyi olan insanlar arasında işsizliyin azaldılması, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dəstək məqsədi ilə həyata keçirilir. Təşkil olunmuş kurslara Gəncə şəhərində yaşayan 25 nəfər əlilliyi olan gənc cəlb olunmuş və onlarla 3 nəfər mütəxəsis məşğul olmuşdur. Kurslar dekorativ tətbiqi sənətin qarışıq texnikası, şüşə qabların bəzədilməsi, mətbəx bəzəklərinin düzəldilməsi, toxuma, əklillərin hazırlanması, tikmə, rəsm əsərləri sahələri üzrə keşirilmişdir. Sərgi kurslarda əlilliyi olan şəxslərin aldıqları bilik və vərdişlərin praktiki təzahürüdür. Yekun tədbirdə məzunlara sertifikatlar verilmişdir.