İctimai Şura növbəti iclasını keçirib


 

Dekabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovun sədrliyi ilə keçən iclasda nazirliyin struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.
     İclası giriş sözü ilə açan nazir müavini İlqar Rəhimov «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlandığını deyib. Qeyd olunub ki, İctimai Şuranın bu dəfəki iclası həmin Tədbirlər Planının ictimai dinləməsinə həsr olunub.
     İclasda Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri, İctimai Şuranın üzvü Elnur Sultanov «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Nazirlik tərəfindən hazırlanan Tədbirlər Planı, habelə Aktiv Sosial Yardım Proqramları: «Özünədəstək» layihəsinin monitorinqinin nəticələri barədə məlumat verib.
     Həmçinin Nazirliyin İnformasiya texnologiyaları qrupunun rəhbəri Məmməd Aslanovun Nazirlik tərəfindən göstərilən təkmilləşdirilmiş elektron xidmətlər, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimovun «Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Standart Qaydaların hazırlanması» layihəsi barədə təqdimatlarla çıxış ediblər. İclasda qeyd olunan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, təkliflər irəli sürülüb.Dekabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovun sədrliyi ilə keçən iclasda nazirliyin struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.
     İclası giriş sözü ilə açan nazir müavini İlqar Rəhimov «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlandığını deyib. Qeyd olunub ki, İctimai Şuranın bu dəfəki iclası həmin Tədbirlər Planının ictimai dinləməsinə həsr olunub.
     İclasda Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri, İctimai Şuranın üzvü Elnur Sultanov «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Nazirlik tərəfindən hazırlanan Tədbirlər Planı, habelə Aktiv Sosial Yardım Proqramları: «Özünədəstək» layihəsinin monitorinqinin nəticələri barədə məlumat verib.
     Həmçinin Nazirliyin İnformasiya texnologiyaları qrupunun rəhbəri Məmməd Aslanovun Nazirlik tərəfindən göstərilən təkmilləşdirilmiş elektron xidmətlər, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimlinin «Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Standart Qaydaların hazırlanması» layihəsi barədə təqdimatlarla çıxış ediblər. İclasda qeyd olunan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, təkliflər irəli sürülüb. 






Tarix:21/12/2012 (15-11)     www.udpo.az saytı Geri