“Əmək və sosial təminat sahəsində vətəndaşların hüquqlarının həyata keçirilməsi təminatları”


qhtxeber.az.// “Sosai hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) “Əmək və sosial təminat sahəsində vətəndaşların hüquqlarının həyata keçirilməsi təminatları” monoqrafiyasının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən “Sosai hüquq
ların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev birlik və onun fəaliyyət istiqamətləri haqqında məlumat verib.


SHAİB-in idarə heyətinin üzvü, BDU-nun Əmək və ekologiya hüquq kafedrasını müdiri Alış Qasımov “Əmək və sosial təminat sahəsində vətəndaşların hüquqlarının həyata keçirilməsi təminatları” monoqrafiyasının əsas müddəaları və praktiki əhəmiyyətindən danışıb.

Birliyin sədr müavini və həmtəsisçisi Adəm Məmmədov birliyin həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

“Əmək və sosial təminat sahəsində vətəndaşların hüquqlarının həyata keçirilməsi təminatları” monoqrafiyası sədr Mayis Əliyev və Alış Qasımovun müəllifliyi ilə 2012-ci ildə çap olunub. Monoqrafiya respublikamızda göstərilən məsələlərin kompleks şəkildə araşdırılmasına həsr olumuş tədqiqat əsəridir. Monoqrafiyada əmək və sosial təminat hüquqlarının maneəsiz və real şəkildə həyata keçirilməsi və müdafiəsi ilə bağlı nəzəri müddəlarla yanaşı bu sahədə qanunvericiliyin təkminləşdirilməsinə dair praktiki əhəmiyyətə malik təkliflər də irəli sürülüb. Monoqrafiyadan əmək və sosial təminat hüququ ilə maraqlananlar, təqdimatçılar, vəkillər, tələblər və geniş oxucu kütləsi bəhrələnə bilərlər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İskəndərzadə Mustafayev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ çıxış etmişlər.





Tarix:7/11/2012     www.udpo.az saytı Geri