18 0ktyabr 2003-cü il Əlil Təşkilatları İttifaqının (ƏTİ) təsis olunduğu gündür.


 18 0ktyabr 2003-cü il

Əlil Təşkilatları İttifaqının (ƏTİ) təsis olunduğu gündür. 

 

  Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) 18 oktyabr 2003-cü ildə 8 əlil təşkilatının təsisçiliyi ilə yaradılmış, 16.04.2005-ci ildə Dövlət qeydiyyatına alınmışdır.

Əsas məqsəd əlil təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, hüquq və mənafelərinin müdafiə olunmasıdır. Bərabər hüquqlar və bərabər imkanların təmin olunmasına yardımşı olmaqdır.

Hazırda ƏTİ-də 31 təşkilat təmsil olunur. ƏTİ-nin Qazax və Qəbələ resurs mərkəzləri yaradılmışdır.

Üzv təşkilatların Respublikanın əksər rayonlarında şöbələri vardır.

Dörd təşkilat beynəlxalq təşkilatların üzvləridirlər.

Rəhbərlikdə qadınlar: 60%

Fəaliyyətimizdən məqamlar:

ƏTİ Yoxsulluğa Qarşı Qlobal Koalisiyanın,  Beynəlxalq Əlil Təşkilatları Birliyinin həmtəsisçisi və üzvüdür.

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkiliyində (Ombudsman) “Ekspertlər komissiyası”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əlil və Şəhid ailələri üçün  Respublikanın müxtəlif şəhər və rayonlarında inşa olunan yaşayış binalarının  bölgüsünü həyata keçirilməsini həyata keçirən komissiya” və

“Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə kömək göstərən komissiya”nın,   BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında”  Konvensiyası  üzrə hesabatın hazırlanması işçi qrupunun üzvüdür.

9 layihə həyata keçirilmiş, qanunvericiliyə 36 təklif verilmişdir. 7 beynəlxalq və 1180 yerli tədbirdə iştirak olunmuş. 4 beynəlxalq, 27 yerli təlimdə iştirak olunmuş və təfəmizdən təlimlər keçirilmişdir.  5 kitab, 1 jurnal, 12 buklet, 5 plakat nəşr olunmuşdur.

Milli Məclisin Sosial-siyasət komitəsi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkiliyində (Ombudsman), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Milli QHT Forumu, Uşaq hüquqları üzrə QHT Alyansı, UNİCEF, OHCHR, UNDPİ, ACİ YF, ABA CEELİ (USAİD), World Vision (Dünyaya Baxış) təşkilatları əsas donor və partnyorlarımız olmuşlar.

           

 

 

 






Tarix:18/10/2012     www.udpo.az saytı Geri