"İnkişaf" koalisiyası


 "Dünyaya baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi və iştirakı ilə "Əlil Təşkilatları İttifaqı", "İrəli" ictimai birliyi   "Əlilliyi olan insanların həyatında müsbət dəyişikliklər" layihəsini həyata keçirirlər.

Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir.

Layihənin şəffavlığının və uğurluluğunu təmin etmək məqsədi ilə 9 QHT-nin təmsil olunduğu "İnkişaf" koalisiyası yaradılmışdır.  Tədbirlər planına uyğun olaraq koalisiya üzvləri üçün təlimlərin keçirilməsi və onlara kiçik qrantların verilməsi nəzərdə tutulmuşdur. Koalisiyanın fəaliyyətinin koordinasiya olunması Əlil Təşkilatları İttfaqına həvalə olunmuşdur. Məlumatlandırmanın artırılması məqsədi ilə koalisiyanın veb səhifəsi yaradılmaqdadır.

 




Tarix:15/10/2012     www.udpo.az saytı Geri