Əlil Təşkilatları İttifaqının regionlarda tədbirləri


 

www.udpo.az

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.

Tədbirlər planına uygun olaraq iyulun 26-da Göygöl rayonunda dəyirmi masa, 27-də Gəncə, 28-də Şəki şəhərində əlilliyi olan insanların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur. Tədbirlərdə hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslər iştirak etmilər.

İki il yarım müddətində  yerinə yetiriləcək tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulmuşdur.

Davud RƏHİMLİ

 






Tarix:30/7/2012     www.udpo.az saytı Geri