"Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans


       

 

 

 

 

 

 

 

 

02 may 2012-ci il tarixdə Avropa otelində Amerika Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İnsan Hüquqları İnstitutu, Əlil Təşkilatları İttifaqının təşkilatçilığı ilə  "5 may - Avropa  Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans keçirilmişdir.

Konfransda hökumət, qeyri-hökumət, beynəlxalq təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin üzvləri Aytən Mustafayeva, Hadi Rəcəbli, Rəbiyyət Aslanova, ABA CEELİ-nin ölkə üzrə direktoru Robert Stir, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Natiq Məmmədov, Səhiyyə nazirliyinin məsləhətçisi Yusif Babayev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, AMEA-nın şöbə müdiri Vüsalə Həsənova, BDU-nun Hüquq fakultəsinin professoru Mayis Əliyevin çıxışları dinlənilmişdir. Əlil təşkilatlarının rəhbərləri, əlillər və təşkilatların nümayəndələri mövzu ətrafında müzakirələrə qoşulmuşlar.

      

   




Tarix:2/5/2012     www.udpo.az saytı Geri