GÜLƏN ÇOCUQ FESTİVALI


İstanbulda “VI Gülən uşaqlar şənliyi” start götürüb. Türkiyə onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyətinin qatılıb. (apa)
Şənliyin açılış mərasimində iştirak edən Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyətinin əməkdaşı  Esmiralda Rəhimova APA-ya açıqlamasında yaxın gələcəkdə beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda da keçirilməsi üçün hazırlıqlar apardıqlarını deyib: “Bu işlərlə beynəlxalq səviyyədə məşğul olmağımız ölkəmizin dünyadakı humanist imicini daha da gücləndirəcəkdir”.
 “Vİ Gülən uşaqlar şənliyi”nin açılış mərasimində çıxış edən İstanbul qubernatoru Huseyin Avni Mutlu bəşəriyyət üçün çox faydalı işlər gördüklərinə görə, təşkilatçılara minnətdarlığını bildirib. Tədbirin keçirilməsinə verdiyi dəstəyə görə isə Türkiyə Onurğa-ilik iflicləri Dərnəyi İstanbul qubernatoruna təşəkkür plaketi verib. Açılış mərasimində Türkiyə sənətçiləri də çıxış ediblər.





Tarix:05/04/2012     www.udpo.az saytı Geri