6. Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2003-cü il


Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında [1]

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinət təyin edilir.

2. Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətlər dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması qaydasını Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu fərman 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2003-cü il
№ 936

 

FƏRMANA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612) ilə adında, 1-ci bəndində və 3-cü bəndinin ikinci abzasında “və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna” sözləri ilə əvəz edilmişdir.

 

 

  

 






Tarix:     www.udpo.az saytı Geri