5. Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu, 2011-ci il


Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Maddə 1. Ehtiyac meyarının həddi

 

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat məbləğində təsdiq edilsin.

 

Maddə 2. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 dekabr 2011-ci il

№ 260-IVQ

 




Tarix:     www.udpo.az saytı Geri