BİZİM HAQDA
TƏŞKİLATLAR
ÜZVLÜK QAYDALARI
QANUNLAR
KİTABXANA
FOTO ALBOM
ƏMƏKDAŞLAR
LAYİHƏ VƏ
PROQRAMLAR
LİNKLƏR
AZƏRBAYCAN HAQDA
BİZİMLƏ ƏLAQƏ
KOMİSSİYALAR
ARXİV

 

Veb Saytın yaranmasına dəstək:


Azərbaycan Respublikası
Prezidenti yanında QHT – lərə
Dövlət Dəstəyi Şurası


Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu (ACİYF)

Burada Sizin logonuz ola bilər:

 
YENİLİKLƏR

Əlil Təşkilatları İttifaqı "İnkişafa dəstək-bacarıqların əldə olunması" layihəsini həyata keçirir

Əlil Təşkilatları İttifaqı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə əlil təşkilatlarının fəaliyyətini gücləndirmək, onlarda bacarıqların aşılanması, təşkilatların idarə olunması, strateji planlaşdırma sahəsində layihə həyata keçirir.
Qeyd etmək lazımdır ki, sözü gedən layihə 3 ay üçün nəzərdə tutulmuşdur.Layihədə iştirak edəcək şəxslərlə müqavilələr bağlanmış, görüşlər keşirilmiş, təlimlər verilmiş, və eyni zamanda Əlil Təşkilatlar İttifaqının rəhbərləri ilə yığıncaqlar aparılmışdır. Yığıncaqlarda əsas diqqət layihənin icra sxematik planının hansı yönümdə həyata keçirilməsinə yönəlmiş və həmçinin bu tədbirlərdə təşkilat nümayəndəliyi ilə yanaşı əlillərin də yaxından iştirak etməsi ön plana çəkilmişdir.

Bundan əlavə layihə çərçivəsində əlillərin müraciətllərinə əsasən hüquqi xidmət də təşkil olunmuşdur ki, bu xidmət sayəsində əlillər demək olar ki, bütün hüquqi problemlərin həlli yollarını tapa biləcəklər.

Layihədə icra olunan əsas fəaliyyətlərdən biri də daha dolğun məlumatların daxil olması üçün təşkilatın veb səhifəsinin yeniləşməsidir. Bununla belə təşkilatda layihə ilə bağlı əhalinin maariflənməsi yönümündə elektron çap versiyasındə bukletlərin hazırlanması da nəzərdə tutulmuşdur.Artıq Əlil Təşkilatlar İttifaqının kataloqu da hazırlanmaq üzrədir.

İttifaqın sədri Davud Rəhimov layihənin gedişatı ilə bağlı bizi məlumatlandırdı:”Layihənin ana xəttini təşkil edən əlil təşkilatlara bacarıqların aşılanması ilə əlaqədar olaraq təlimçilərə layihə üzərində olacaq təlimlər barədə materialların hazırlanması üçün müxtəlif tövsiyyələr verilmişdir.

Təlimlərin əsasən iki əsas istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

1. Təşkilatların gücləndirilməsi.

2. Layihənin tərtib olunması, idarə edilməsi və hesabatların hazırlanması.

Qeyd etdiyimiz birinci istiqamətdə Əlil Təşkilatlar İttifaqı əsasən təşkilatı strateji planının qurulmasını, təşkilatda menencment, maliyyənin axtarışını, beynəlxalq səviyədə əlilliyin sosiql dərkini qarşısına başlıca məqsəd qoyur. Digər ikinci istiqamətdə isə ən əsas ümdə məsələ lahiyyənin idarə olunması, tərtibi və hesabların hazırlanmasıdır ki, bu sahədə də artıq bir çox materiallar hazırlanmaqdadır”.

Davud Rəhimov onu da bildirdi ki, təlimə təkcə Bakı şəhərindən deyil ölkəmizin müxtəlif bölgələrindən təşkilatlar da cəlb olunur. Onu da qetq edək ki, respublikamızda 60-a yaxın əlil təşkilatı var . Təkcə bunun 17-si Əlil Təşkilatlar İttifaqında birləşir. Bu təşkilatların demək olar ki,əksəriyyəti bir çox layihələrdə yaxından iştirak edərək “ İnkişafa dəstək- bacarıqların əldə olunması “ proqramının daha düzgün həyata keçirilməsi üçün əhəmiyyətli işlər görürlər.

Bundan əlavə Əlil Təşkilatlar İttifaqında beynəlxalq , regional və respublika təşkilatları da fəaliyyət göstərir. Bütün sadalanan xüsusiyyətlərdən də məlum olur ki, Əlil Təşkiltlar İttifaqı nəinki günün nəbzini tutuaraq düzgün iş sistemi ilə fəaliyyət göstərir, həm də onların fəaliyyəti bir başa qarşıda duran problemləri dəf edərək sağlam gələcək uğrunda mübarizə aparmağı qarşıya başlıca məqsəd qoyur.

D.Rəhimov dedi:”Əlil Təşkilatlar İttifaqı 2006-cı ildə qəbul olunmuş beynəlxalq konvensiyanı BMT- nin köməyi ilə əldə edərək bu konvensiyanın Azərbaycanda da təbliğ olunmasında müstəsna rol oynamışdır. Konvensiyanın əsas məqsədi əlillərin cəmiyyətə inteqrasiyasını bərpa etmək, onların infrastrukturunun ən yaxşı səviyyəyə gəlib şixmasını təmin etmək, elm, təhsil və. s sahələri inkişaf etdirməkdir. Çünki əlilliyin bir qüsur kimi hələ də cəmiyyətimiz tərəfindən qəbul edilməsi çox dözülməz bir haldır. Bu problrmin aradan qaldırılması nəinki Əlil Təşkilatlar İttifaqı həmçinin də biz insanlar əl bir iş görərək öz maddi və mənəvi dəstəyimizi onlardan əsirgəməməliyik”.

MQF Xəbər

 

 

WebStudio.Az

Ünvanı: AZ1138, Bakı ş., Əhməd Cavad küçəsi 7a
Tel: (+994 12) 43 44 836; mob: (994 50) 371 03 02; Telfax (+994 12) 43 49 329
E-mail: union-dpo@baku.az


© 2008 Copyright Azəbaycan Respublikası “ƏLİL TƏŞKİLATLARI İTTİFAQI” (ƏTİ) - http://www.udpo.az