05 Mart 2021-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

13/11/2013 Qənirə Paşayeva Parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş növbəti iclasında 1-ci qrup əlilliyi olan insanların məsələsini qaldırıb

Qənirə Paşayeva Parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş növbəti iclasında 1-ci qrup əlilliyi olan insanların və tələbələrin yataqxana məsələsini qaldırıb.

Gün.Az-ın verdiyi məlumata görə, millət vəkili çıxışında qeyd edib ki, 1-ci qrup əlilliyi olan şəxslərin sayı Azərbaycanda bir o qədər də çox deyil və bu baxımdan, 1-ci qrup əlil olan tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulunda güzəştlər tətbiq edilməlidir: 

Daha ətraflı

13/11/2013 Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (GƏC) Beynəlxalq Korlar Günü ilə bağlı dəyirmi masa keçirib

Dəyirmi masada gözdən əlil vətəndaşların sosial-iqtisadi sferada qarşılaşdıqları problem və çözüm yolları, eləcə də aidiyyatı orqanlarla GƏC-in bu sahədə olan münasibəti müzakirə edilib. Tədbirdə çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmyar Abdullayev bildirib ki, cəmiyyətimiz tərəfindən aparılan danışıqlar prosesində I dərəcəli gözdən əlillərin əlillik pensiyalarında nisbi artım müşahidə edilir. 

Daha ətraflı

5/11/2013 Nitq qüsurlu - Alaliya Marifləndirici təlimi

   

Daha ətraflı

26/10/2013 “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili”

   

Məlumat verdiyimiz kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili”  adlı layihəsini həyata keçirir. 

Daha ətraflı

18/10/2013 Azərbaycan Diabet Liqası (ADL) - “Qeyri-infeksion xroniki xəstəlikləri olan gənc insanların reablitasiyası üçün istirahət düşərgələrinin hazırlanması ilə bağlı tövsiyyələr” kitabının təqdimatı

“World Vision International”-Dünyaya Baxış Beynəlxalq Humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində Azərbaycan Diabet Liqası(ADL) uzun illər əldə edilən təcrübəni,  həyata keçirilən işin əhəmiyyətliliyini ictimaiyyətə təqdim etmək üçün

Daha ətraflı

8/10/2013 Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub

Oktyabrın 7-də Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub.  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qurumun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak edib. Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, mərkəz üçün ayrılan ərazinin ümumi sahəsi bir hektardır. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir. Bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binanın xarici görünüşü göbələk formasındadır.

 

Daha ətraflı

8/10/2013 Nazirlikdə əlillərin hüquqlarına dair yeni stratejı addımlar atılır

 

Ölkəmizdə həyata keçirilən sosial siyasətin ən mühüm istiqamətlərindən birini əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının təmin olunması  təşkil edir. Azərbaycan Respublikası 2008-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanı və Konvensiyanın Fakultativ  Protokolunu ratifikasiya etməklə öz üzərinə mühim öhdəliklər götürübdür. 

Daha ətraflı

3/10/2013 "Şəhid Ailələri və Əlillərin Hüquqlarının marifləndirilməsi " layihəsi

 

Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən "Şəhid  Ailələri və Əlillərin Hüquqlarının marifləndirilməsi " adlı layihəsi çərçivəsində yekun tədbirini QHT-rəhbərləri ilə birlikdə Əlil Təşkilatları İttifaqının konfarans zalında keçirilmişdir. 

Daha ətraflı

21/9/2013 "Əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin olunmasında mövcud qanunvericiliyin rolu və aparılan islahatlar”

    "World Vision International" humanitar təşkilatı tərəfindən icra edilən “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində icra olunur və hüquqşünas -ekspertlərdən ibarət işçi qrupu layihə çərçivəsində fəaliyyət göstərərək əlillərin sosial müdafiəsi, BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı konvensiyadan irəli gələn tələblərin yerinə yetirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə ictimaiyyətin məlumatlandırılması ilə bağlı təşəbbüslərin həyata keçirilməsinə öz töhfəsini verir.

 

Daha ətraflı

19/9/2013 Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqları ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova aidiyyəti dövlət orqanlarının, əlilliyi olan şəxslərin təmsil olunduğu və digər qeyri-hökumət təşkilatları nümayəndələrinin birgə iştirakı ilə əlilliyi olan şəxslərin hüquqları ilə bağlı əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş tədbir keçirmişdir. 

Daha ətraflı

18/9/2013 “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti”

         

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin ayırdığı vəsait çərçivəsində “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti”  adlı layihəsini həyata keçirməyə başlayıb.  

Daha ətraflı

14/9/2013 Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) Qazax Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilmişdir

Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayırdığı vəsait əsasında həyata keçirdiyi  “Qazax  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihə çərçivəsində yaratdığı Qazax Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilmişdir

Daha ətraflı

14/9/2013 Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin:

Daha ətraflı

12/9/2013 2-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir.

 02-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir. Sessiyada Azərbaycan, Avstriya, Avstraliya, Salvador, Kosta Rika və İsveçrədən QHT-lər tərəfindən  təqdim olunan  paralel hesabatların təqdimatları olmuşdur. Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) təqdim etdiyi hesabatın təqdimatını etmiş, aktual məsələlər və onların həlli yolları üzrə təkliflərini təqdim etmişdir. 

Daha ətraflı

4/9/2013 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi yeni layihənin icrasına başlamışdır

Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb.

Layihənin məqsədi əlilliyi olan şəxslərin hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin artırılmasından ibarətdir.  

Daha ətraflı




Flag Counter






» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!