ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 14/11/2020 Bu gün Ümumdünya Diabet Günüdür
Bu gün dünyada Diabet Günü kimi qeyd edilir. Diabet Günü 1991-ci ildən Beynəlxalq Diabet Federasiyasının(BDF) və Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) təşəbbüsü ilə qeyd edilir.
2006-cı ildən isə bu günü Birləşmiş Millətlər Təşkilatı(BMT) əlamətdar gün kimi qeyd etməyi üzv dövlətlərə tövsiyə edib.
- 14/11/2020 İldə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək Pansionat ilin sonunadək istifadəyə veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün yüksək standartlar səviyyəsində şərait yaradılır. Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin olunacaq.
- 13/11/2020 Qubadlı sakinləri də kiçik ailə bizneslərini doğma yurdlarında genişləndirmək əzmindədir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramına cəlb olunanlar arasında Qubadlı rayonundan olan vətəndaşlar da az deyil. Yurd həsrətinə son qoyulan həmin insanlar müzəffər Ordumuzun Ermənistanın işğalından azad etdiyi doğma yurdlarına özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları kiçik ailə təsərrüfatları ilə qayıtmağa hazırlaşırlar.
- 12/11/2020 QARABAĞ AZƏRBAYCANDIR!
- 11/11/2020 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər
https://video.azertag.az/site/video/107007
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.
- 11/11/2020 Əlil Təşkilatları İttifaqı Böyük qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu ilin sentyabr ayının 27-də işğalçı Ermənistan ordusunun növbəti dəfə hərbi əməliyyatlara başlamasından sonra Ali Baş Komandan kimi əks-hücum əmrinizdən sonra Şanlı Azərbaycan Ordusu qısa zaman kəsiyində qəhrəmanlıq göstərərək işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdi.
- 10/11/2020 Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi.
https://video.azertag.az/site/video/106859
Beləliklə 30 il davam edən işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxtın küçələrinə axışdılar.
- 9/11/2020 Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Müzəffər Azərbaycan Ordusu Füzulinin, Xocalının, Qubadlının, Cəbrayılın bir sıra kəndlərini işğaldan azad ediblər.
- 9/11/2020 DÖVLƏT BAYRAQ GÜNÜMÜZ MÜBARƏK OLSUN!!!
- 8/11/2020 Azərbaycan bayrağı Şuşada dalğalanır.
https://azertag.az/xeber/Bayragimiz___qurur_menbeyimiz-1637295
Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
- 7/11/2020 QARABAĞ AZƏRBAYCANDIR!
Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir.
- 7/11/2020 Mosque was completely destroyed.
https://twitter.com/HikmetHajiyev/status/1324679255083667458
XVIII Century Mosque in liberated Mamar village of Azerbaijan. Mosque was completely destroyed.
- 7/11/2020 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu