ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 23/4/2014 Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha100 nəfərinə minik avtomobilləri təqdim edilib
- 22/4/2014 17-20 Aprel Türkiyənin İstambul şəhərində Beynəxalq Türkiyə Hemofiliya Konqresi keçirilmlşdir.
Beynəlxalq Hemofiliya Konqresində Azərbaycan nümayəndə heyyəti iştirak etmişdir. 4 nəfərdən ibarət olan Azərbaycan iştirakçıları Türkiyədə çalışan həkimlər və tibb bacıları ilə bir araya gəldilər.
3H (Halk-Hemofili-Hekim) Omuz Omuza (Çiyin Çiyinə) Şuarı altında olan Konqresdə Hemofiliyanın müalicəsində yeni nailiyyətlərlə bərabər qanın laxtalanma faktor konsentratları dərman preparatlarının həcminin yetərincə olması mövzusu önə çəkilmişdir.
- 16/4/2014 Dünya Hemofiliya Günü
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası növbəti dəfə də olaraq, bu il də Dünya Hemofiliya Günü münasibəti ilə kütləvi informasiya vasitələrində təbliğat və maarifləndirmə işləri aparır.
Dünya Hemofiliya Günü dünyanın 118 ölkəsində qeyd olunur və Azərbaycanda artıq 15 ildir ki, bu gün təntənəli qeyd olunur
- 16/4/2014 BMT-nin Əlilliyi Olan Şəxslər üzrə Komitəsinin Azərbaycan hökumətinə təklifləri
BMT-ni Əlilliyi olan şəxslər üzrə Komitəsi Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslər haqqında Konvensiyası”na (ƏOŞHK) dair ilk hesabatı ilə əlaqədar hökumətə son qeyd və təklifləri hazırlamışdır. Sənəddə sözügeden Konvensiyanın yerinə yetirilməsi ilə əlaqədar görülən işlərlə yanaşı yerinə yetirilməmiş və yerinə yetirilməsi vacib məqamlərı hökümətin nəzərinə çatdırılr.
- 11/4/2014 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.
Gündəlik:
2. ƏTİ-nin növbəti ümumi yığıncağı
3. Yeni qanun layihəsi (Əlilliyi olan şəxslərin hüquqları haqqında) və Milli fəaliyyət planı.
4. Cari məsələlər
- 7/4/2014 Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri təşkil ediləcək
"Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili” adlı layihəni həyata keçirir.
- 4/4/2014 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.
Sesssiyada BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikası, Şveçariya, Kosta Rika, Meksikanın ilk məruzələri təqdim olunmuşdur. Azərbaycan tərəfindən tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş başda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov olmaqla aidiyyatı dövlət orqanlarının vəzifəli şəxslərindən, QHT təmsilçilərindən ibarət olan nümayəndə heyəti və vətəndaş cə miyyətinin nümayəndələri iştirak etmişlər.
- 2/4/2014 2 aprel Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.
qhtxeber.az// BMT-nin İctimai İnformasiya Departamenti (UN DPİ) Autizm-U şaq İnkişaf Mərkəzi (PRİM) ilə birlikdə 2 aprel Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.
- 14/3/2014 Əlilliyin müəyyən olunması sahəsində Fransa və Litva təcrübəsi öyrənilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlarda Aİ-nin TAİEX proqramı çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə məqsədyönlü təcrübə mübadiləsi həyata keçirir.
- 12/3/2014 Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.
Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.
Tədbirdə çıxış edən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov fəal gənc Sevda Cəfərovanın bu fərdi layihəsinin Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsində qalib gəldiyini deyib. Qeyd edilib ki, diabetli gənclərin cəmiyyətə adaptasiyasında və onların düzgün maarifləndirilməsində bu tip layihələrə böyük ehtiyac var. “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi də eyni qəbildəndir.
- 3/3/2014 Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Rafael Harpaz arasında tanışlıq görüşü olub. Görüşdə S.Müslümov iki ölkənin müxtəlif sahələrdə daim genişlənən əməkdaşlığının əmək və sosial müdafiə sahəsini də əhatə etməsinin önəmli ola biləcəyini vurğulayıb.
- 3/3/2014 “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” adlı layihəsi
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) və Azərbaycan Müəllimlər İnstitutunun birgə əməkdaşlığı ilə “Dünyaya Baxış” (World Vision) Beynəlxalq Humanitar Təşkilatının ayırdığı vəsait çərçivəsində “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” adlı layihəsini həyata keçirməyə başlamışdır.
- 26/2/2014 XOCALI SOYQIRIMI - 26 Fevral 1992
Hər bir Azərbaycanlı bilməlidirki, Azərbaycan xaqlının yaşlı, qoca, uşaq, qadın və cavanlarının başlarına bu günə qədər dünya tarixində heç bir insana və millətə qarşı edilməyən işgəncələr ermənilər tərəfindən gətirilib, dinc Azərbaycanlılar misli görünməmiş qəddarlıqla qətlə yetirilmişdir.
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı birləşmələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
- 21/2/2014 Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi masa
21 Fevral tarixində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi masa təşkil etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd bu sahədə nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirməkdır.
- 14/2/2014 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur. İclasda ƏTİ-nin prezidenti Davud Rəhimli 2013-cü ildə görülən işlər barədə məlumat verilmişdir. Fəaliyyət dairəsinin genişləndirilməsi məqsədi ilə ƏTİ üzvlərinin Sumqayıtda fəaliyyət göstərən üzvlərinin bazasında Sumqayıt regional şöbəsi yaradılmışdır. Şöbənin sədri I qrup əlil Samir İmanov təyin olunmuşdur.
İdarə heyəti BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvesiya üzrə paralel hesabat və ondan irəli gələn məsələlər, milli qanunların sözügedən Konvensiyaya uyğunlaşdırılması sahısində görülən işlər barədə məlumatlar dinlənilmişdir.