ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 12/6/2020 Əlilliyi olan şəxslərin ifalarından ibarət “Qəlbin nəğməsi” musiqi albomu nəşr edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istedad və bacarıqları ilə seçilən əliliyi olan şəxslərin və onların yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması istiqamətində növbəti layihəni gerçəkləşdirib.
Nazirlik tərəfindən ölkədə ilk dəfə olaraq əlilliyi olan şəxslərin ifalarından ibarət toplu -“Qəlbin nəğməsi” adlı musiqili albom hazırlanıb.
- 9/6/2020 Əlil Təşkilatları İttifaqı (ƏTİ) növbəti beynəlxalq təşkilata üzvlüyə qəbul olunmuşdur.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) növbəti beynəlxalq təşkilata üzvlüyə qəbul olunmuşdur. Bu məlumat ƏTİ-yə Avropa Müstəqil Həyat Şəbəkəsinindən daxil olmuşdur. Qeyd etmək lazımdır ki, bu təşkilat beynəlxalq səviyyədə nüfuza malik olmaqla 112 üzv təşkilatı vardır.
Qeyd edək ki, bu ƏTİ-nin üzv olduğu 5-ci beynəlxalq təşkilatdır
- 3/6/2020 Müyəssərlik modeli
Müyəssər ətraf mühitin yaradılması əlilliyi olan şəxslərin müstəqilliyinin təmin olunmasının əsas şərtlərindən biridir. Bu zaman bütün kateqiriyadan olan əlilliyi olan şəxslərin nəzərə alınması və onların hər birinə aid qaydalara riayət olunması onların sərbəst hərəkətinin təmin olunmasına şərait yaradır. Əlillik sahəsində fəaliyyətlərdə bu məsələlərə xüsusi diqqət verilir.
- 27/5/2020 QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.
QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.
Canlı yayımda Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluq, təhsil, infrastruktur problemləri, hüquqlarının təminatı və ƏTİ-nin son dövrlərdəki fəaliyyəti müzakirə olunub.
- 26/5/2020 Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək
Ölkəmizdə əlilliyi olan şəxslərin iqtisadi asılılığının azaldılması, onların maddi vəziyyətinin yaxşılaşdırılması və özünə inamının artırılması üçün məşğulluqlarının təmin olunması vacib məsələlərdəndir. Bu səbəbdən onların özünəməşğulluğunun təmin olunması Azərbaycan dövlətinin və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin daim diqqət mərkəzindədir və bu sahəyə hərtərəfli dəstək verilir.
- 25/5/2020 Müyəssərlik barədə məlumatlandırma
Layihənin maarifləndirmə fəaliyyəti istiqamətlərinə uyğun olaraq Lənkəran şəhərinin müxtəlif yerlərində 2 ədəd maarifləndirici reklam lövhələri (bilboardlar) yerləşdirilmiş və geniş icitmaiyyətə təqdim olunmaq üçün animasiya filmi hazırlanmışdır. Məqsəd əlillik, xüsusilə də müyəssərlik barədə geniş auditoriyanı məlumatlandırmaqdır.
- 25/5/2020 COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR
COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün üçün təlimat. ZOOM OHCHR
- 22/5/2020 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.
Müvəkkil onlayn görüşdə iştirak edən QHT nümayəndələrini salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə onları təbrik edib, xoş arzularını bildirib.
- 21/5/2020 Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.
Video müzakirəni giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev iştirakçıları salamlayaraq BAMF-ın BMT ilə əməkdaşlığından, BMT yanında məşvərətçi statusun üstünlüklərindən danışıb.
- 12/5/2020 "Jest dilində məlumatlandırma" video roliki
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım Ictimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə pandemiya dövrünü əhatə edən " Jest dilində məlumat landırma " layihəsi çərçivəsində hazırlanan daha bir məlumatlandırma video roliki.
- 8/5/2020 İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın iradəsi ilə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra Azərbaycanda sosial müdafiə tədbirləri geniş vüsət almaqla bərabər, İkinci Dünya müharibəsi iştirakçılarının da dövlət qayğısı ilə əhatə olunması istiqamətində mühüm addımların atılmasına, 9 May - Qələbə gününün yenidən dövlət bayramı kimi qeyd olunmasına başlanılıb.
- 7/5/2020 Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.
- 5/5/2020 5 may

- 5/5/2020 Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə üzrə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və yenidən qurulması istiqamətində işlər davam etdirilir.
- 4/5/2020 Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər
Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə sahəsində ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər üzrə gündəlik statistik icmalı.