ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 30/12/2020 Şəhid ailəsi üzvləri, qazilər və digər qruplardan olanlarla bağlı sosial-psixoloji dəstək işləri davam edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirləri davam edir. Bu tədbirlər çərçivəsində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları postmüharibə dövründə həmin kateqoriyalara aid 2247 ailə ilə görüşüb.
- 29/12/2020 Sumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verildi
Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial infrastrukturun müasirləşdirilməsi işləri çərçivəsində daha bir müəssisə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
- 28/12/2020 Daha 43 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə evlər verildi
Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.
- 26/12/2020 DOST İş Mərkəzinin direktoru da “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib
Vətən müharibəsində ölkəmizin ərazilərinin azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, buna görə də Prezident İlham Əliyevin Sərəncamları ilə medallarla təltif edilənlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışanlar da var.
- 26/12/2020 Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Elmar Nəbiyevin ailəsi də sosial dəstəklə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki qurumların rəhbər şəxslərinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ilə görüşləri davam edir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Elmar Nəbiyevin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.
- 25/12/2020 QHT TV-nin canlı yayımında "Əlilliyi olan şəxslərə diqqət və qayğı " mövzusunda müzakirə aparılıb.
http://www.qht.az/index.php?action=static_detail&static_id=42863
Jurnalist Cəsarət Hüseynzadənin qonağı Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli əlilliyi olan şəxslərə cəmiyyətin münasibəti, əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması və onların özünü məşğulluq proqramında iştirakı, infrastrukturun əlçatanlığı və digər aktual mövzulara toxunub.
- 24/12/2020 Göygöl rayonunda müasir tələblərə uyğun qurulmuş Psixonevroloji Sosial Xidmət Müəssisəsi istifadəyə verildi
Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətində növbəti addım kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi (Göygöl rayonu) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
- 24/12/2020 Gəncə şəhərində 103 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı geniş miqyas alıb.
- 23/12/2020 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarında olublar YENİLƏNƏCƏK VİDEO
https://video.azertag.az/site/video/109665
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.
- 23/12/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti elektron xidmətlərini təqdim etdi
Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhaliyə xidmətlərin elektron infrastruktur üzərində şəffaf və operativ təşkili, e-xidmətlərin dairəsinin genişləndirilməsi işlərini davam etdirir.
- 22/12/2020 Üçtərəfli Komissiya BƏT-in daha bir Konvensiyasının ratifikasiyası imkanlarını və yeni qanunvericilik layihələrini müzakirə etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
- 22/12/2020 “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəl i Qanununun tətbiqi barədə”
- 22/12/2020 Sosial xidmət sistemində sosial reabilitasiya modelinə keçid işləri aparılır
Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial xidmət infrastrukturu müasir tələblərə uyğun qurulmaqla, sosial xidmətlə təmin olunan kateqoriyaların əhatə dairəsi və buna uyğun olaraq sosial xidmət müəssisələri şəbəkəsi genişləndirilir. Başlıca islahat istiqaməti kimi, sosial xidmət sistemində tibbi modeldən sosial reabilitasiya modelinə keçid işləri də aparılır.
- 21/12/2020 “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilib
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qaydalarda reabilitasiya vasitələrinin sayı və ölçü vahidi, həmçinin istifadə, təminat, hazırlanma müddətləri, eləcə də təmiri və ya zərurət yarandıqda vaxtından əvvəl dəyişdirilməsi müddətləri və vasitələrin hansı qurumlar tərəfindən təmin edilməsi göstərilib.
- 19/12/2020 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir: