ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 22/12/2020 “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəl i Qanununun tətbiqi barədə”
- 22/12/2020 Sosial xidmət sistemində sosial reabilitasiya modelinə keçid işləri aparılır
Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial xidmət infrastrukturu müasir tələblərə uyğun qurulmaqla, sosial xidmətlə təmin olunan kateqoriyaların əhatə dairəsi və buna uyğun olaraq sosial xidmət müəssisələri şəbəkəsi genişləndirilir. Başlıca islahat istiqaməti kimi, sosial xidmət sistemində tibbi modeldən sosial reabilitasiya modelinə keçid işləri də aparılır.
- 21/12/2020 “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilib
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qaydalarda reabilitasiya vasitələrinin sayı və ölçü vahidi, həmçinin istifadə, təminat, hazırlanma müddətləri, eləcə də təmiri və ya zərurət yarandıqda vaxtından əvvəl dəyişdirilməsi müddətləri və vasitələrin hansı qurumlar tərəfindən təmin edilməsi göstərilib.
- 19/12/2020 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
- 18/12/2020 Şəhid ailələri və müharibə iştirakçılarının hüquq və imtiyazları barədə bütün suallar bir ünvanda – sosial.gov.az
Postmüharibə dövründə aktual mövzulardan biri də şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial təminat hüquqları, onlara göstərilən sosial dəstək tədbirləri ilə bağlıdır.
- 17/12/2020 Bir qrup şəhid ailəsi üzvü və müharibə iştirakçısı da işlə təmin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentiyi tərəfindən həmin proqram çərçivəsində işəgötürənlərlə bağlanmış müqavilələr əsasında artıq 125 nəfər şəxsə işlə təmin edilmək üçün göndəriş verilib. Onlardan bir hissəsi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və həmin müharibənin iştirakçılarıdır.
- 17/12/2020 Qazinin atası dərzi sexini qurması üçün avadanlıqlarla, qardaşı isə işlə təmin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olarkən atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyini öyrəniblər.
- 14/12/2020 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və
- 12/12/2020 Görülən işlər, əldə olunan bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır.
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
- 11/12/2020 Hərbi vəziyyətin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutar aq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 8-ci maddələrinə əsasən qərara alıram:
- 11/12/2020 Dövlət Sosial Müdafiə Fondu şəhid ailələri üzvlərindən artıq minədək şəxsə pensiya, müavinət və təqaüd təyinatı aparıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərindən artıq 1000-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin təyinatını aparıb.
- 11/12/2020 Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlili yeni fərdi evlərlə təmin edildi
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi qələbə münasibətilə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı hər birimizdə bir daha böyük iftixar hissləri yaratdı. Cəmi 44 günlük bir müddətdə erməni faşizmini məhv edərək, ölkəmizin ərazi bütövlüyünü təmin edən qüdrətli Ordumuzla bir daha sonsuz qürur duyğuları yaşadıq.
- 10/12/2020 Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak edirlər.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edir.
- 10/12/2020 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 10/12/2020 Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 12-ci İllik Məclisi, 2020-ci ildən sonra ŞT: hüquqlar, təhlükəsizlik və yaşıl gündəmə dair öhdəliklərin yenilənməsi
2021-ci ilin əvvəlində keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində, bu qabaqcıl vətəndaş cəmiyyəti tədbiri, 300-dən çox STK və ŞT və AB qərar qəbuledicilərini 2020-ci ildən sonra ŞT siyasətinin konturlarını araşdırmaq üçün bir araya gətirəcəkdir.