ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 8/9/2020 Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə
Pensiya təminatı üzrə xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə idarəçiliyin optimal əsaslarla təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.
- 5/9/2020 Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi bu dəfə qızlar arasında həndbol üzrə inkluziv idman yarışları təşkil edib.
- 4/9/2020 AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.
Bu gün Milli Məclisin Komitə sədri Zahid Oruc ölkəmizdə fəaliyyət göstərən bir sıra tanınmış qeyri-hökumət təşkilatları ilə virtual platforma üzərindən görüş keçirib.
- 3/9/2020 Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi əsasən Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan yarışlarda
- 2/9/2020 Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.
Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda sıx nəqliyyat və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətləri ilə əlaqədar olaraq, onların təhlükəsizliyini təmin etmək məqsədi ilə (keçmiş ASC "Mərdəkan Broyler") yerüstü piyada keçidi tikilmişdir.
- 1/9/2020 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı
Ölkədə aparılan məhkəmə hüquq islahatları əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması nöqteyi-nəzərindən vacib hesab olunur. Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri və şəhid ailələri cəmiyyətin həssas qrupunun üzvləri hesab edilir.
- 1/9/2020 Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə xüsusi bölmələr yaradılıb.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində yaradılan sosial-psixoloji reabilitasiya bölmələrinə psixoloq, abilitoloq və təlimatçılar cəlb olunacaq.
- 31/8/2020 Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz rayonlarında davam etdirib.
Həmin 7 rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib.
- 28/8/2020 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- 28/8/2020 “Benefisiar sahibliyin açıqlanması”
Avqustun 27-də, saat 11.00-da “Benefisiar sahibliyin açıqlanması” mövzusunda ZOOM vebinarı keçirilmişdir.
- 27/08/2020 Bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, görüşü giriş sözü ilə açan Şura sədri Azay Quliyev bildirib ki,
- 26/8/2020 Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə çatışmazlığı olan şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb.
Qeyd edək ki, koxle ar implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə çatışmazlığı olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə çatışmazlığı şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.
- 25/8/2020 Xaçmaz Reabilitasiya Mərkəzi əvvəl və indi
Əvvəl:
http://udpo.az/read.php?lang=1&content=2329
İndi:
http://udpo.az/read.php?lang=1&content=2727
- 25/8/2020 Reabilitasiya vasitələri əlilliyi olan şəxslərə yaşadıqları rayonlara aparılaraq verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Salyan, Neftçala, Kürdəmir, Ucar, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında davam etdirib.
Həmin 8 rayon üzrə 178 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 868 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq verilib.
- 24/8/2020 Tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə yeni “Bərabərik” adlı layihəsinə başlanacaq.
https://www.youtube.com/watch?v=6nVkEqUCJ4Q
Layihə “MTV Azərbaycan”da istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişləri əhatə edir.
Məqsəd əlilliyi olan şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.