ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 20/10/2015 “Səs ver-gələcəyinin formalaşdırılmasında iştirak et”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs ver-gələcəyinin formalaşdırılmasında iştirak et” layihəsi silsilə tədbirləri ilə davam edir.
- 19/10/2015 Ictimai şuranın rəhbər orqanları seçildi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 2015-ci il 28 sentyabr tarixində formalaşmış İctimai şuranın 2015-ci il 19 oktyabr tarixində keçirilmiş iclasında
- 19/10/2015 “Əlilliyi olan şəxslərin Azərbaicanın ali təhsil müəssisələrinə inteqrasiyası”
14-15 oktyabr 2015-ci il tarixdə Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaicanın ali təhsil müəssisələrinə inteqrasiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının ali məktəblərində İnkluziv təhsil mərkəzlərinin yaradılması ilə əlaqədar onlayn təlim keçirilmişdir.
- 13/10/2015 "Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi daha önəmlidir"
“Ülfət” Əlillərin Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi Azərbayacan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "2015-ci il Parlament seçkiləri: əlilliyi olan şəxslərin seçki aktivliyinin artırılması və maarifləndirilməsi" adlı layihəsi çərçivəsində ictimai müzakirə keçirib.
- 13/10/2015 "Məhdud hərəkətli insanların və vətəndaşların səhiyyə xidmətindən istifadəsinin yaxşılaşdırılması məqsədilə monitorinqlərin aparılması”
Beynəlxalq Mətbuat Mərkəzinin Dəyirmi zalında "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi tərəfindən "Məhdud hərəkətli insanların və vətəndaşların səhiyyə xidmətindən istifadəsinin yaxşılaşdırılması məqsədilə monitorinqlərin aparılması” layihəsinin həyata keçirilməsi ilə bağlı konfrans keçirilib.
- 13/10/2015 “Əlilliyi olan şəxslərin seçki aktivliyinin artırılması və maarifləndirilməsi”
Azərbayca Respublikası “Ülfət” əlillərin sosial problemlərinə yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlillərin seçki aktivliyinin artırılması və maarifləndirilməsi ilə bağlı Ictimai Müzakirələrin” təşkili adlı layihəsinin icrasınına başlamışdır.
- 12/10/2015 “MƏNIM DÜNYAM” adlı satış-sərgisi və konsert
9 oktyabr 2015 ci il, saat 17:00-da Mədəniyyət və Turizm nazirliyinin Azərbaycan Xalça Muzeyin də “İstedadlı Əlillər” İctimai Birliyinin “Mənim dünyam” adlı sərgi-yarmarkasının açılış mərasimi keçirildi.
- 5/10/2015 “Birlikdə həyat şəraitinin yaxşılaşmasına doğru – BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın qəbul olunması təcrübə və nəticələri”
1-5 oktyabr 2015-ci il tarixdə Gürgüstanın paytaxtı Tiflis şəhərində Beynəlxalq Əlil Təşkilatlar Birliyinin mülli assambleyalarının rəhbərlərinin “Birlikdə həyat şəraitinin yaxşılaşmasına doğru – BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın qəbul olunması təcrübə və nəticələri” mövzusunda forumu keçirilmişdir. Forumun əsas məqsədi Konvensiyanın yerinə yetirilməsinə əlilliyi olan şəxslərin və müvafiq təşkilatlarının bacarıqlarının artırılmasıdır. Tədbirdə Azərbaycanı Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli təmsil etmişdir.
- 29/9/2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai şura yaradılıb.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə Nazirlik yanında İctimai şuranın yeni tərkibi müəyyənləşib.
- 28/9/2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə bərpa müalicəsinə göndərib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
- 26/9/2015 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası
26.09.2015-ci il tarixdə Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası olmuşdur. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təşkil olunacaq “İctimai Şura” ya namizədlərin siyahısının təsdiqlənməsi məsələsinə baxılmışdır. Qeyd olundu ki, 18.09.2015-ci il tarixdə keçirilmiç iclasda ƏTİ-nin bir nümayəndəsi daxil olmaqla, lazım olan 15 nəfər üzvdən cəmi üç nəfər lazım olan səs miqdarını yığa bilmişdir. Qalan 12 yerə ƏTİ – nin namizədləri məsələsi müzkirə edərək, daxili gizli səsvermə yolu ilə “İctimai Şura” ya namizədlərin siyahısını təsdiqləmişlər.
- 26/9/2015 “Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili”
“Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökü mət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili” layihəsini həyata keçirir.
- 23/9/2015 “Leykemiya ilə mübarizə” ictimai birliyi 22 sentyabr - Ümumdünya XML günü münasibətilə tədbir keçirtdi.
22 sentyabr -
Ümumdünya XML günü 2008-ci ildə Pasiyent icması tərəfindən təyin edilmişdir. Bu günün məqsədi dünyanın hər yerindən olan geniş ictimaiyyət və siyasət xadimləri, həmçinin tibb mütəxəssislərinin dəstəyinə olan ehtiyacı hər bir kəsin diqqətinə çatdırmaqdır.- 22/9/2015 "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı, eyni zamanda, yazar Etibar Həsənzadənin “Gecikmiş Etiraf” adlı kitabının təqdimatı olub.
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, AAAF-Park Yaşayış və İstirahət Mərkəzinin təşkilatı dəstəyi ilə “Fiziki məhdud istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək”
- 21/9/2015 İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.