ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 1/6/2021 Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı
Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanıldı. MQF-nin X Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcəkdir.
- 1/6/2021 Uşaqların müdafiəsi ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir
BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün yüksək səviyyədə qeyd edilir.
Uşaqların müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır.
- 1/6/2021 Əlillik müddəti bitən şəxsə sonrakı 6 ayda yenidən əlillik təyin olunduqda, ötürülmüş müddət nəzərə alınacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb. Layihə artıq Milli Məclisə təqdim edilib.
- 31/5/2021 “DOST Guşəsi”
Heydər Əliyev Fondunun təşəbbüsü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ötən ilin sonunda istifadəyə verilən “DOST Guşəsi”, əlilliyi olan şəxslərin marağına səbəb olub.
- 31/5/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 27/5/2021 UDPO
Xəbərin Anonsu
- 27/5/2021 Ombudsman Aparatı vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsinə dair onlayn tədbir keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən “İnsan hüquqlarının müdafiəsində Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti institularının əməkdaşlığının gücləndirilməsinin rolu” mövusunda onlayn tədbir təşkil edilib.
- 27/5/2021 Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi şəhid övladları üçün xaricdə təhsil proqramları üzrə (SAT/TOEFL/IELTS) uzunmüddətli ödənişsiz kurslar təşkil edəcək.
Bu barədə QHT.Az-a Birliyin sədri Sevinc Fədai məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və yaralanmış şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlana bilməsi Birliyin öncəliyidir: "Bu, istər fərd, istər təşkilat olaraq mənəvi borcumuz və məsuliyyətimizdir.
- 27/5/2021 Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri onlayn vətəndaş qəbulu keçirib

- 27/5/2021 Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

- 25/5/2021 Əlillik və reabilitasiya məsələləri ilə bağlı bölgələrdə görüşlər keçiriləcək
İlk belə görüş mayın 27-də Agentliyin Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzində olacaq. Bölgə sakinlərinin əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatla bağlı müraciətləri cavabalandırılacaq, müvafiq hallarda əlilliyin qiymətləndirilməsi üçün yerində əyani müayinələr aparılacaq.
- 24/5/2021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazi Sahil Həsənlini Sumqayıt Reabilitasiya Mərkəzində işlə təmin etdi
Vətən müharibəsi iştirakçısı Həsənli Sahil Rauf oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən işlə təmin edilib.
H.Z.Tağıyev qəsəbəsində yaşayan qazimiz yaşayış yerinə yaxın olması nəzərə alınaraq Agentliyin Sumqayıt şəhərindəki Reabilitasiya Mərkəzində operator vəzifəsinə təyin olunub.
- 23/5/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 22/5/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 21/5/2021 1 İYUN UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR EDİLMİŞ “ŞİRİN RƏNGLƏR RƏSM FESTİVALI”
1 iyun Uşaqların Müdafiəsi günü ilə əlaqədar olaraq Azərbaycan Brendlər Birliyinə daxil olan Mosaic Fashion Club və B&G Store brendləri Ailə Sosial Araşdırmalar İctimai Birliyi və Uşaq Qaynar Xətt Xidməti ilə məməkdaşlıqda “Şirin Rənglər” Rəsm Festivalı keçirir. Festivalın məqsədi şirkətlərin sosial korporativ məsuliyyəti çərçivəsində uşaqların yaradıcılığa marağının artırılması və bu xüsusi günü onlar üçün daha da yadda qalan etməkdir