ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 19/2/2021 BNA yanında İctimai Şura yaradıldı
Şəhər nəqliyyat sisteminin inkişafında, əhaliyə keyfiyyətli, müasir və təhlükəsiz nəqliyyat xidmətlərinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şura yaradılıb.
- 19/2/2021 Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?
Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.
- 18/2/2021 Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi
18.02.2021-ci il tarixində Layihənin İcra Planına və Tədbirlər Proqramına əsasən növbəti tədbir təşkil olunmuşdur.Tədbirdə Sabunçu rayonu 255 № li məktəbin Tərbiyə işləri üzrə direktor müavini Zülfüqarova İradə, Psixoloq Əliyeva Samirə, Təşkilatçı İsgəndərova Xəyalə və 8 gənc Maştağa sakini iştirak etmişlər.Fərdlərin sosial adaptasiyası istiqamətində müzakirələr aparılmışdır.
- 12/2/2021 DPİ
Xəbərin Anonsu
- 12/2/2021 “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.
Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan, risk qrupuna daxil olan, bir qrup xüsusi qayğıya ehtiyacı olan gənclər (ümumi say 48 nəfər, 3 ay ərzində, qlobal COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu bir zamanda, onlayn qaydada, layihə barədə məlumatlandırma prosesinə cəlb olunmuşlar.
- 11/2/2021 Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb
2020-ci ilin yanvar ayında fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyata alınmasına xidmət edir. İlk dəfə əmək müqaviləsi ilə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydiyyatdan keçdiyi andan işçiyə avtomatik şəraitdə SSN də açılır. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.
- 11/2/2021 COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 vaksin randevu” adlı yeni elektron xidmət istifadəyə verilib. Elektron xidmətin yaradılmasında məqsəd tibb müəssisələrinin potensialına görə müraciətləri bölüşdürmək və insan axınını səmərəli idarə etməkdir.
- 11/2/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 9/2/2021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi
Qeyd edək ki, seçkinin təşkili məqsədilə Nazirlikdə 9 nəfərdən (Nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiq edilib.
- 5/2/2021 Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiy açıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:
- 5/2/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 3/2/2021 Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin şəhid və qazilərimizin ailələri ilə görüşləri davam edir.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bu dəfə üç şəhidimizin - Vətən müharibəsinin şəhid qəhrəmanlarından Həsənağa Şirvaninin, Nicat Orucovun və Kamran Hacıyevin ailələrində olub.
- 2/2/2021 “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır.
- 3/2/2021 Sevincimə sevinən.....
Sevincimə sevinən bütün kollektivimə başda Mustafa bəy, Kamil bəy, Sabuhi bəy, Murad bəy, İkram bəy, Cəlal bəy olmaqla hər birinizə təşəkkür edirəm. Nə yaxşı ki, Sizləri tanıdım. Nə yaxşı ki, ətrafımda Sizin kimi insanlar var. Biz birlikdə bütün cəmiyyətə sübut etdik ki, məhdudiyyətli olmaq cəmiyyətdən kənarda qalmaq deyil.