ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 7/10/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 7/10/2021 Postmüharibə dövründə şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib
Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən çəkən şəxslərin məşğulluğuna və özünüməşğulluğuna dəstək tədbirləri geniş miqyas alıb.
- 7/10/2021 “Dəmir qanadlı” şəhidin övladları DSMF sədri ilə bir gün keçirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Televiziyasının birgə layihəsi olan “Tut əlimdən”in budəfəki qonağı Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov olub.
H.Məmişov Vətən Müharibəsi Qəhrəmanı, şəhid “Dəmir qanadlı” ləqəbli pilot Ramiz Qasımovun övladları ilə bir gün keçirib.
- 6/10/2021 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub. Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyətindən bəhs edib.
- 5/10/2021 Prezident İlham Əliyev əvvəlcə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub.
- 5/10/2021 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.
- 5/10/2021 Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatına başlandı
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatına başlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərin protezlərlə təmin edilməsi tədbirində iştirak edib, son nəsil protezlərlə təmin edilən qazilərdən bir qrupu ilə görüşüb.
- 5/10/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 5/10/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 1/10/2021 Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Əliliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturu təkmilləşdirildikcə, funksional imkanları, inteqrasiya dairəsi genişləndikcə tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması da təmin olunur. Bu məqsədlə “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi tətbiq edilib.
- 30/9/2021 "Tut əlimdən" layihəsinin I buraxılışı bu gün efirdə
İştirakçılar Şəhid Teymur Abbasovun övladları Feyruz, Siruz və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovdur. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Tut əlimdən” layihəsinə artıq start verilib.
- 29/9/2021 Ölkəmizdə yeni “Himayədar ailə” qayğı modeli tətbiq olunacaq
Uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olan və dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına şərait yaradan “Himayədar ailə” qayğı modelinin ölkəmizdə də tətbiqi nəzərdə tutulur. Bu məqsədlə institusional hazırlıq işləri aparılır. BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq istiqamətlərindən biri də bu sahəni əhatə edir.
- 29/9/2021 “Vətən ətirli övladlarınız bizə əmanətdir!”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni videoçarx Vətən müharibəsində şəhidik zirvəsinə ucalmış qəhrəmanlarımızın uşaqlarından bəhs edir. Uşaqların hər biri Vətənin bütövlüyü və xalqımızın möhtəşəm Zəfəri, doğma torpaqlarımızın azadlığına qovuşması uğrunda canından keçən bir igidin övladı olduğunu qürurla, iftixarla, onlara yaraşan məğrurluqla söyləyir.
- 28/9/2021 “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 518-ə, təqdim etdikləri vakansiya sayı 2646-ə çatdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 518-ə çatıb. Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona qoşulan işəgötürənlərin 272-i dövlət, 246-ı özəl müəssisələrdir.
- 27/9/2021 Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin təqdim edildiyi, Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” satış-sərgisinə başlanıb. Sərginin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.